Aysu Eliyeva

Övladımda məktəb fobiyası varsa, nə etməliyəm?

Baxış sayı: 725

Hər bir ata və ana üçün övladının məktəbə başlaması həyəcanlı və sevindirici durumdur. Valideynlər günlər öncədən hazırlıqlara başlayır. Yeni geyimlər, məktəbli forması, yeni çanta və vəsaitlər alınar. Çox vaxt uşaqlar da valideynlərinin sevincinə şərik olurlar. Fəqət çox həvəsli və istəkli olsalar da, məktəbə getmək onlar üçün bir o qədər asan olmaz. Uşaqların adaptasiya prosesi üçün ilk günlər bu reaksiya normaldır.  Lakin əsl problem günlər, həftələr keçməsinə rəğmən uşağın anasına sinifdən ayrılmağına icazə verməməsi ilə ortaya çıxır. Məktəbə getmək istəməmə və getməmək durumuna “Məktəb Fobiyası” adını veririk.

Məktəb fobiyasının anadan ayrı qalmaq əndişəsi ilə yaxın əlaqəsi var. Əndişəli,gərgin ata-analar pis nəsə olacağı qorxusu yaşayaraq övladlarını özlərindən ayrı qalmasına icazə verməzlər. Nəticə etibarilə, uşaq öz yoxluğunda da ata və anasına, onların yoxluğunda isə özünə nəsə olacağından qorxan, hər şeyi ilə ailəsinə bağlı, onlardan asılı, valideynsiz sərbəst hərəkət edə bilməyən biri halına gələr.  Anasının qaçırılacağından, qəza keçirəcəyindən, xəstələnəcəyindən ya da öləcəyindən qorxan uşaq onu bir an olsun tək buraxmaz və gözünün qabağından ayrılmasına izn verməz.

 

Məktəb fobiyası yarada biləcək situasiyalar:

1) Hər hansı xəstəlik və ya tətil səbəbilə məktəbdən uzaq qalmaq.

2) Ailə içində sıxıntı,gərginlik yaradacaq hadisələrin varlığı (ailədən üzvünün xəstəliyi, ölümü, maddi problemlər)

3) Məktəbdə dost-yoldaş münasibətlərinin pozulması

4) Məktəb dəyişikliyi

5) Müəllimə dəyişikliyi

6) Yaşayış yerinin dəyişdirilməsi, köç etmək

7) Yeni bacı-qardaşın doğulması

8) Məktəbdə problem,gərginlik yaradacaq hadisələrin olması

9) Uşağın fiziki və cinsəl istismara məruz qalması

10) Bullinqə məruz qalmaq.

 

Məktəb fobiyasında uşaqlarda bədənsəl, somatik problemlər çox görülür. Sabah oyanıb məktəbə getdiyində baş ağrısı,qarın ağrısı və ürəkbulanma, tez-tez tualet istifadəsi və qusma halları baş tutar. Uşaq evdə qaldığı,məktəbə getmədiyi dönəmlərdə bu probemlərə heç rast gəlinməz. Ancaq uşağı qarın ağrısı və digər səbəblərlə günahlandırmaq,yalan söylədiyini və getməmək üçün bəhanə uydurduğunu söyləmək olmaz.

Məktəb fobiyasına qız və oğlanlarda bərabər sayda rast gəlinir. Daha çox görüldüyü yaşlar 5-7 və 12-14 yaş aralıqlarıdır. Bəzən məktəb fobiyası məktəbdən qaçma ilə qarışdırılır.Lakin ikisi arasında fərqlər var. Belə ki:

1) Məktəb fobiyasında uşaq ailəsinin məlumatı olduğu halda evdə qalır. Məktəbdən qaçmaq davranışında isə uşağın dərsə getmədiyi, harda nə ilə məşğul olduğu haqda valideyn bilgi sahibi deyil. O övladını məktəbdə bilir.

2) Məktəb fobiyasında uşaqlar ağır davranış problemləri sərgiləməzlər. Lakin məktəbdən qaçmada uşaqlarda pul və əşya oğurluğu, özünə və başqasına zərər vermə kimi antisosial davranışları vardır.

Uşaqların dərsdə yaşadığı uğursuzluqlar,imtahanlardan qorxan şagirdlər də bəzən məktəbə getmək istəməyə bilərlər. Burdakı əsas səbəb uşaqdakı uğurlu ola bilməmə qorxusudur. O uğursuzluq yaşamaqdansa,məktəbə getməməyi seçir.

İmpulsivliyi, DƏHP problemi olan uşaqlar məktəbdəki qaydalara əməl edə bilmədikləri yaxud etmək istəmədikləri üçün məktəbə getməyə dirənc, müqavimət göstərə bilir.

Valideynlər məktəbə getməmək problemi qarşısında qərarlı, səbrli davranışlar sərgiləməlidir.Valideyn-övlad və məktəblə iş birliyi aparılmalıdır.

 

Psixoloq Aysu Əliyeva




6 şərh “Övladımda məktəb fobiyası varsa, nə etməliyəm?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir