telefon

Övladlarımızı telefon asıllığından necə uzaq tutmalı? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 235

Smartfonların icad olunduğu zamandan bu günə qədər yeniyetmələrdə, hətta uşaqlarda telefon asıllığı müşahidə olunmaqdadır. Bu, əsasən internet oyunları ilə bağlıdır. Saatlarla telefondan asılı qalan uşaqları və yaxud yeniyetmələri sfartfondan uzaq tutmağa çalışanda isə bir çox hallarda onlarda əsəb, panika problemləri ortaya çıxır.

Alimlər isə dəfələrlə qeyd edir ki, telefon, inernet oyunlarından asıllılıq uşaq və yeniyetmələrdə sonradan psixoloji problemlər, depressiv pozuntular, yuxusuzluq yarada bilir. Bu vəziyyət valideynləri də xeyli narahat edir.

 

Bəs nə etməli?

Tanınmış psixoloq Vəfa Rəşidova mövzu ilə bağlı bunları dedi:

“Müşahidələr də onu göstərir ki, bir çox valideynlər bu məsələ ilə bağlı çıxılmaz vəziyyətdədir və məsələnin həllinin olub-olmadığı onlar üçün sual olaraq qalır. Çünki bəzi validenylər elə düşünür ki, bu problemin həll yolu yoxdur. Amma belə deyil. Necə anlaya bilərik ki, övladımız telefon üzərindən asılılıq yaradan oyunlardan aslıdır. Birinci növbədə övladımızı diqqətli şəkildə izləməliyik. Məsələn, övladınız yeniyetmədirsə, onun günlük qrafikinə diqqət edilməldir ki, günə necə başlayır, gününü necə dəyərləndirir. Valideynlər bu məsələyə diqqət etdikdən sonra araşdıra biləcəklər ki, övladıda asıllıq varmı, ya da sadəcə oyundan qədərində istifadə edir. Əgər övladınız səhər açılan kimi telefon götürüb oynayırsa, dərslərini etmirsə, günlük qrafiki yoxdursa, səhər, günorta və axşam yeməklərindən imtina edirsə, birlikdə süfrəyə əyləşmək istəmirsə, ümumiyyətlə özü üçün heç bir əyləncəsi yoxdursa, həyətə düşüb uşaqlarla oynamır, film izləmir, kitab oxumursa, yaşına uyğun hərəkət etmirsə, məşğuluyyəti yoxdursa, gününü sırf telefondakı oyunlara həsr edirsə, deməli artıq onda telefon asıllığı yaranıb”.

Vəfa Rəşidova: “Azərbaycandakı fəaliyyətimizlə bağlı danışanda ...

Psixoloq problemdən çıxış yolları haqda öz tövsiyələrini də verdi:

“Biz əvvəlcə araşdırmalıyıq ki, necə oldu ki, övladımızda bu cür asıllılıq yarandı, ona bunu nə məcbur etdi və sairə. Burada artıq özümüzə, ailədəki münasibətlərə, övladlarımızla olan ünisyyətə diqqət etməliyik. Məlum məsələdir ki, ailədaxili münasibətlər, ünsiyyətlə bağlı problemlər uşaqlara, xüsusən də yeniyetmələrə çox təsir edir.

Nə etməli? İlk növbədə uşaqlarla, xüsusən də yeniyetmələrlə ünsiyyəti artırmaq lazımdır. Ünisyyət çox önəmli və vacib məsələdir. İkinci, diqqət və nəvazişi artırmaq lazımdır. Diqqət və nəvaziş görən uşaq və yeniyetmələrdə telefon və oyun asıllığı demək olar ki, olmur. Üçüncü, siz onlarda motivatsiyasınızı çoxaltmalısız. Məsələn, “sən bacarıqlısan”, “maraqlısan”, “maraqlı tərəflərin, məğuliyyətlərin var gəl onu edək” deyə bilərsiniz.

Dördüncü, siz onlarda gözəl məşğuliyyətlərə maraqlar yaratmalısız. Ümumiyyəltə, siz övladlarınızla çox ünsiyyətdə olduğunuz halda artıq onlara gözəl istiqamətlər verə bilirsiniz. Qəti surətdə övladlarınızla sərt şəkildə davranmaq olmaz. Belə olan halda artıq onların maraq dairəsi dəyişəcək və sizdən ayrı düşəcək, daha çox telefona, oyunlara maraq göstərəck. Ona görə də çalışmaq lazımdır ki, övladlarımıza maksimum dərəcədə dəstək olaq və onları bu cür problemlərdən azad edək”.

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir