uşaqlar oyuncaqlar

Oyuncaqlar necə təmizlənməli? – VALİDEYNLƏRİN MENYUSUNA

Baxış sayı: 150

Uşaqların gündəlik istifadə etdikləri müxtəlif növ oyuncaqlar var. Bu oyuncaqlarla daim əlaqədə olan uşaqları mikroblardan uzaq tutmaq üçün  onların gündəlik yuyulub, təmizlənməsi vacib məqamdır.

Beləliklə, gənc analar üçün oyuncaqların təmizlənməsi qaydasını təqdim edirik:

 

Tüklü oyuncaqlar necə təmizlənməli?

 

Tüklü oyuncaqlar ən çox toz və mikrob saxlayan və alergik reaksiya səbəb olur. Tüklü oyuncaqlar tez-tez su və qatı sabunla yuyula bilər.

 

Uşaqlara bu zaman nə deməli?

2 -5 yaş aralığındakı uşaqlar oyuncağının yuyulduğunu bilməməlidir. Bu zaman onlara qısa bir müddət oyuncağından ayrı qalacağını uyğun bir dillə izah edilməlidir.

 

“Batareya” ilə işləyən oyuncaqlar necə təmizlənməli?

“Batareya” ilə işləyən oyuncaqları paltaryuyan maşında yumaq olmaz. Çox çirklənməsini gözləmdən tez-tez təmizləmək, yaş parça ilə silmək lazımdır.

 

Plastik oyuncaqları necə təmizlənməli?

 

Uşaqların diş çıxarma zamanı ən çox istifadə etdikləri oyuncaq plastik oyuncaqlardı. Bu tip rəngli əşyaları təmizləmək digərlərinə nisbətən asandı. Yeni qaydılmış suda 5 dəqiqə saxlanılan plastik oyuncaqları daha sonra təmiz fırça ilə hər tərəfini təmizlə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir