Zumrud Haqverdiyeva

Özünüzü pis hiss etdiyiniz zamanlarda nələr edə bilərsiniz? – “SEANS VAXTI”

Baxış sayı: 460

Bəzən elə ola bilər ki, sizi pis hiss etdirən hadisələrin qarşılığında nələrsə edə bilmirsiniz. Belə anda divara baxmaq, daha pis hiss etmənizə səbəb olacaqdır.  Bəzi misallar göstərmək olar ki, o anda sizin üçün faydası olacaqdır.

1) Qəzəbli olduğun zamanlarda, elə bir mühit yarada bilərsiniz ki, bir yumruq vura bilər və ya bağıra bilərsiniz.

2) Təmizlik işləri görmək, kitab və ya paltar şkafını səliqəyə salmanız, müsbət təsir edə bilər.

3) Duş qəbul edə bilərsiniz. Ümumi stressi sizdən uzaqlaşdıracaqdır.

4) Sizə müsbət təsir edən insanla, birlikdə çöldə keyfiyyətli zaman keçirə bilərsiniz.

5) Yalnız olaraq özünüz də sevdiyiniz bir işlə məşğul ola bilərsiniz. Məsələn: Filmə baxmağa getmək.

6) Piyada gəzmək demək olar, hər zaman yaxşı təsiri olur.

7) Sizə xoş təsir edəcək videolara baxa bilərsiniz.

8) Gül əkə bilərsiniz.

9) Əvvəl heç dadına baxmadığınız, bir şeylərin dadına baxa bilərsiniz.

10) Başqa insanlar kömək etmək, onlardan aldığınız müsbət enerji, sizə xoş təsiri olacaqdır.

11) Yaşadığınız şəhərdə daha əvvəl kəşf etmədiyiniz yerləri ziyarət edə bilərsiniz.

12) Fiziki məşqlər edə bilərsiniz.

Bu yollar sizin üçün o anda qəzəbinizi sakitləşdirməyə müəyyən qədər kömək olacaqdır.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir