palma yagi

Palma yağının ziyanları barədə bunları bilirdizmi?

Baxış sayı: 1. 546

Palma yağı və onun ziyanları ilə bağlı zaman-zaman mütəxəssislər tərəfindən həyəcan təbili çalınır. Azərbaycanda da bu yağdan hazırlanan qidaların sayı, çeşidi müxtəlifdir.

 

Mövzunun aktuallığını nəzərə alıb, bu araşdırmaları təqdim edirik.

Ümumiyyətlə, palma yağı palma meyvəsindən və palma meyvəsinin içindəki tumundan olmaq üzrə iki şəkildə hazırlanır. Hər iki növü də çox ləzzətlidir və Hindistan, Malaziya kimi tropik iqlimlərdə yetişir.  Palma yağı kalorisi çox yüksək və doymuş yağ baxımından da zəngin bir yağdır. Palma yağı marqarin, qızartma yağı və yemək bişirmə yağı olaraq istifadə edilir. Palma yağının sağlamlıq üzərində müxtəlif zərərləri mövcuddur. Onlardan bəziləri aşağıdakılardır:

 

PALMA YAĞI XƏRÇƏNGƏ SƏBƏB OLA BİLƏR

Avropa Qida Təhlükəsizliyi Qurumu (EFSA) tərəfindən hazırlanan sənəddə palma yağının kanserogen olması açıqlanıb. Həkim Muammer Yıldız da palma yağının toksik və kanserogen olduğunu bildirib, bu məhsulu özündə ehtiva edən yeməklərdən qaçmağın lazımlığını tövsiyyə edib: “Daha bu yağın istifadəsi qadağan edilmədi. Amma təzyiqlərlə Avropa Birliyi, içində palma yağı olan qidalarda bunun açıq şəkildə yazılması üçün bir qanun çıxardı. Bundan əvvəl təkcə “bitki yağı” yazırdılar. Əgər bir məhsulda, qidanın tərkibində  “bitki yağı” varsa, bu, böyük çoxluqla palma yağıdır.

Palma Yağı ile ilgili görsel sonucu

Avropa Qida Təhlükəsizliyi Qurumunun (EFSA) 2016-cı ilin mayında yayınladığı, palma yağının kanserogen olmasına dair sənədin ardınca Avropadakı bəzi marketlər tərkibində bu yağ olan məhsulları rəflərindən götürmə qərarı qəbul etdilər.

Ä°lgili resim

ARTIQ ÇƏKİYƏ SƏBƏB OLUR

Palma yağında təbii olaraq olan xurma turşusu çəki artması və obezite riskini artıran yağ turşularına malikdir.

“Clinical Nutrition American Journal” 2005-ci il sayında yayınlanan araşdırmaya görə, sağlam gənclərdə, yeniyetmələrdə xurma turşusu zəngin bir qidalanma proqramının təsirləri ilə bağlı araşdırma həyata keçirilib.

Ä°lgili resim

HƏZMİ ÇƏTİNDİR

“Cooking for Healthy Healing,” kitabının müəllifi Linda Page palma yağının faydalarından  danışanda bildirib ki, palma yağı nəmləndirildikdən sonra bir çox qida dəyərini itirir və nəticədə həzmi çətin olan bir yağa çevrilir. Bu səbəbdən də palma yağının istifadəsini məsləhət görmür.

Palma Yağı kanser ile ilgili görsel sonucu

KALORİ VƏ YAĞ FAİZİ YÜKSƏKDİR

1 yemək qaşığı palma yağı 120 kalori, eyni miqdarda palma tumu yağı isə 117 kalori deməkdir. Hər iki növdəki yağda da 13.6 qram yağ var. ABŞ Təsərrüfat Nazirliyi fındıq, toxum qidaları, təbii qidalara aid yağlar da daxil olmaqla gündə 5-7 çay qaşığı yağdan daha çox yağ qəbulunu tövsiyə etmir. Amerika Ürək Dərnəyi isə gündəlik kalori ehtiyaclarının maksimum 25-30% -nin yağdan gəlməsini tövsiyyə edir. Gündə 2000 kaloriyə ehtiyacı olan bir adam gündə 50-70 qram yağ almalıdır.

Palma Yağı ile ilgili görsel sonucu

XOLESTEROLU ARTIRA BİLİR

Palma yağı da palma tumu yağı da tərkibində xolestrol olmamasına baxmayaraq, bu yağların tərkibində olan yüksək miqdardakı doymuş yağlar, damarlarda yığılaraq ürək xəstəliyi riskini artıra bilər.

1 yemək qaşığı palma yağı, 7 qr doymuş yağ tərkibi ilə 2000 kalorilik bir qidalanma proqramının doymuş yağ ehtiyacının yarısını təşkil edir. Hətta süd məhsulları, ət və digər işlənmiş qidalardan da istifadə edirsinizsə, doymuş yağ miqdarını fərqində olmadan aşsanız, yağ damarları tıxayat, xolestrol problemi yaşaya bilərsiniz.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir