park 10

Parklar, yoxsa ən gözəl sənət əsərləri? – FOTOLAR

Baxış sayı: 544

Hər bir şəhərin tənha və rahat gəzmək üçün ərazisi var və bu məkan park adlanır. Park istənilən ərazini tuta bilər, gözəl bəzədilmiş və ya sadə ola bilər, lakin onun bir məqsədi var – şəhər sakinlərinə şəhərin səs-küyündən dincəlmək imkanı vermək. Parka gəlmək, musiqi dinləmək və ya kitab oxumaq necə də gözəldir!

Parkda ruhunuz dincəlir, təbii ki, əgər o, düzgün qurulubsa. Dünyanın ən yaxşı parkları təkcə gözəlliyi ilə valeh etmir, həm də ziyarətçilərin rahatlıq tapması üçün nəzərdə tutulub. Gəlin, əsl sənət əsərləri olan bu parklarla tanış olaq:

 

Beyhay – Çin – Pekin

Beyhay Pekinin mərkəzində böyük mənzərəli parkdır. Bir vaxtlar o, imperatora məxsus idi və ona gedən yol sadə insanlar üçün bağlanmışdı. 20-ci əsrdə, daha dəqiq desək, 1925-ci ildən hamı üçün açıldı.

Adı “şimal dənizi” kimi tərcümə olunur və bu, özünü tam əsaslandırır. Çünki Beyhayın mərkəzində ortasında Jade adası olan böyük bir göl var.

Parkda köşklər, məbədlər, söhbətgahlar və memarlıq strukturları çoxdur. Ziyarətçiləri xüsusilə Doqquz Əjdaha Divarı cəlb edir. Ortadakı göldə lotuslar çiçək açır və yeri gəlmişkən, hər kəs qayıq və ya katamarana minə bilər.

 

Möcuzə bağı – BƏƏ – Dubay

Bu gözəlliyi öz gözlərinizlə görməyiniz daha yaxşıdır. Əgər Dubaya getsəniz, “Miracle Garden” parkına mütləq baş çəkin. Orada müxtəlif çiçəklərin bolluğuna, hər addımda gözəlliyə heyran olacaqsınız!

Belə gözəlliyə baxmaq üçün giriş qiyməti elə də baha deyil (təxminən 28 manat). Hər il parkın ekspozisiyası dəyişir, ancaq gözəlliyi yerindədir. Möcüzələr bağının hər tərəfindən gül qoxusu hər tərəfindən gələn adamın, başını gicəlləndirir!

 

Keukenhof – Hollandiya – Lisse

Keukenhof parkında həzz qaçılmazdır. Burada təkcə çiçək bolluğu deyil, həm də uşaqlı ailələr üçün yaxşı düşünülmüş bir yer var. Heç kim üçün bu park cansıxıcı olmayacaq. Park Lissedə yerləşir və bu şəhər lalələrin vətəni hesab olunur.

Keukenhof Amsterdam yaxınlığında yerləşən, 30 hektardan çox əraziyə yayılmış müxtəlif çiçəklərə malik parkdır. Parka girən kimi çiçək ətri insanı valeh edir. Ərazidə kiçik zoopark da var, istəsəniz içəri girib heyvanlarla təmas qura edə bilərsiniz.

 

Aşikaqa – Yaponiya – Tokio

Nağıl dünyası üçün Yaponiyanın Aşikaqa parkını ziyarət edin. Park Tokionun yaxınlığında yerləşir, biletləri yerindəcə almaq olar (qiymət ilin vaxtından və parkdakı çiçəklərin sayından asılıdır).

Girişin qarşısında yaxınlarınız üçün hədiyyələr ala biləcəyiniz suvenir bazarı var. Dondurma da girişdə satılır. Bu parkda çiçəklər arasında gəzmək insana böyük zövq verir.

Aşikaqa parkının özü kiçikdir, təxminən 8 hektar ərazini tutur. Parkda çoxlu visteria var – ağ, çəhrayı və mavi. Bu park gülləri sevən insanlar üçün möhtəşəmdir- burada özünüzü heyrətamiz qoxu və gözəlliklər əhatəsində hiss edəcəksiniz.

 

İbirapuera – Braziliya – Sao Paulo

İbirapuera parkı piknik edə biləcəyiniz bir ailə tətili üçün idealdır. Burada istirahət, məşq edə və ya sadəcə sənət əsərlərini seyr edə bilərsiniz.

Park Sao Paulo sakinləri arasında çox məşhurdur və həftə sonları bu mənada olduqca qələbəlik olur. Parkın ərazisində 2 muzey, göllər, attraksionlar var. İbirapuera parkı, demək olar ki, Sao Paulonun mərkəzində yerləşir, 1964-cü ildə ziyarətçilərin üzünə açılıb.

Ərazidə içməli su olan fəvvarələr var (bu Braziliyada geniş yayılmışdır), ona görə də susuzluğunuzu pulsuz yatıra bilərsiniz. Bu parkda özünüzü tropik meşədə hiss edəcəksiniz.

 

Kranborn Nəbatat bağı – Avstraliya – Melburn

Kranborn botanika bağının ərazisini böyük adlandırmaq olmaz, lakin ekspozisiyalar maraqlı işıqda təqdim olunur və əla məlumat dəstəyinə malikdir. Bağda tematik sahələr var.

Avstraliya florasına heyran olmaqdan əlavə, siz bağda dincələ bilərsiniz. Kiçik qonaqlar üçün uşaq meydançaları var və böyüklər manqalda ləzzətli nahar hazırlaya bilərlər.

İdmançılar üçün velosiped yolları nəzərdə tutulub – təmiz havadan və ətirli Avstraliya yaşıllıqlarından nəfəs alaraq gəzmək çox xoşdur. Bu bağ tərk edilmiş karxananın yerində tikilib və 2013-cü ilin ən yaxşı abadlıq layihəsi seçilib.

 

Quell: İspaniya, Barselona

Park Quell gəzmək və qeyri-adi obyektlərə baxmaq üçün bir ərazidir.

Yaşıllığa qərq olmuş bu park çiçəklərlə doludur. Qəribə formalı park xiyabanları hər yerdə yerləşir. Burada sanki sirli bir sənədli filmin içindəsən…

 

Hayd park – Böyük Britaniya – London

Hayd park Londonda ən çox ziyarət edilən və məşhur yerdir. Çünki burada hər kəs özü üçün əyləncə tapır: uşaqlar attraksionlara minə, böyüklər abidələrə baxa bilərlər. Sahəsi 140 hektar olan parkın, sonsuz görünür!

Londonlular yaxşı havada Hayd parkda qazonda uzanmağı, musiqi dinləməyi və ya sadəcə düşünməyi sevirlər.

Məşhur Spiker guşəsi də bu parkda yerləşir və burada hər kəs çıxış edə bilər. Gün batarkən, Serpentin gölündə üzən qu quşlarını seyr etmək xüsusilə xoşdur.

Maraqlı fakt: bu parkdakı çəmənlikdə hər kəsin öz fikrini bildirmək və özünü natiq kimi hiss etmək imkanı var. Bunun üçün Natiqlər guşəsi adlanan yer var və heç kim sizi ictimai çıxışa görə həbs edə və cəzalandıra bilməz.

 

İquasu – Braziliya – Parana

Bu, təbiəti sevənlər üçün bir sürprizdir. Yeri gəlmişkən, məşhur İquasu şəlaləsinin dünyanın səkkizinci möcüzəsi olduğu iddia edilir.

Şəlalələr Argentina və Braziliya sərhədində yerləşdiyindən onlara iki tərəfdən baxmaq olar. Şəlalələrin əksəriyyəti Argentina tərəfində yerləşir. Lakin Braziliya tərəfdən mənzərə daha yaxşıdır. Orada suyun səsi dəhşətlidir- təbiətin gücünü hiss edirsən.

İstəsəniz şəlalələri helikopterdən görə bilərsiniz, lakin belə bir zövq 100 dollara başa gəlir. Bu parkı ziyarət etmək böyük sevincdir, başqa heç bir yerdə belə “tamaşa” görməzsiniz.

 

Nyu-York Mərkəzi Parkı – ABŞ – Nyu-York

Nyu-Yorkdakı Mərkəzi Park dünyanın ən məşhur parkıdır. Bir çox təqvimlərdə, rəssamların rəsmlərində təsvir olunur və tez-tez filmlərdə görünür. Bu park (ingiliscə adı “Central Park”) Manhettenin mərkəzində yerləşir.

Göydələnlər arasında olan bu təbiət oazisi yaxşı yerləşməsi və gözəlliyi ilə insanı valeh edir. Park 1857-ci ildə yaradılıb.

Sakinlər bağları, gölməçələri, zooparkı və konkisürmə meydançaları olan Nyu-York Mərkəzi Parkından həzz alırlar. Burada gəzinti zamanı məzəli heyvanlarla, məsələn, dələlərlə çox rastlaşacaqsınız.

“Central Park” Nyu-Yorkun vizit kartıdır. Bu yer öz miqyası ilə təəccübləndirir (park 341 hektar ərazini əhatə edir). Orada gəzmək insana müsbət əhval-ruhiyyə bəxş edir və “daş cəngəllikdən” dincəlməyə imkan verir.

 

Nubar Süleymanova

 park 1
park 2park 3
park 4
park 5
park 6
park 7
park 8
park 9
park 10
park 11



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir