Zumrud Haqverdiyeva

Partnyorların zarafatları necə olmalıdır? – “SEANS VAXTI”

Baxış sayı: 315

Zarafat etmək çox gözəl bir davranışdır. Lakin bunun sərhədini düzgün formalaşdırmaq daha önəmlidir. Bunlara nələri misal göstərmək olar?

 

1) Zarafat etməyin zamanı vardır.

Əgər partnyorunuzun qəzəbli anında onunla zarafat edirsinizsə, bu onu daha da qəzəbləndirə bilər. Əgər istəyirsinizsə partnyorunuz sizin etdiyiniz zarafatları xoş qarşılasın, bunu uyğun zamanda etməyiniz tövsiyə olunur.

 

2) Zarafat etmək üçün seçilən mövzulara diqqət edin.

Partnyorunuzun xarici görünüşü, şəxsiyyəti və hədəfləri ilə bağlı hər hansısa bir zarafat etmək onun xoşuna gəlməyəcəkdir. Əgər partnyorunuz bunu dilinə gətirirsə və buna rəğmən siz yenə də davam etdirirsinizsə, bu onu bilərək incitdiyinizi düşündərəcəkdir.

 

3) Zarafat etməklə yanaşı  ciddi də olmaq lazımdır.

Davamlı olaraq zarafat etmək, partnyorunuzu narahat edə bilər. Zamanla bu qarşı tərəfin narazılıqları ilə nəticələnəcəkdir.

 

4) Aşırı dərəcədə olması

Davamlı olaraq zarafat edirsinizsə, sizi güvəniləsi insan olaraq görməyəcəkdir. Nəticədə, zamanla partnyorunuzun sizdən uzaqlaşmasına gətirib çıxaracaqdır.

 

Zümrüd Haqverdiyeva

“Peşəkar Psixoloqlar İctimai Birliyi” psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir