geyim

Payız qarderobunun 12 əsas elementi

Baxış sayı: 225

Dabanlı yarım bot

Bu tip botların əsas xarakteristkası dabanlarının sabit olmasıdır ki, bu da, sizə yağışlı günlərdə yer sürüşkən olanda rahat hərəkət etmənizə kömək edər.  Qeyd-şərtsiz normal dəri, laklı və ya rezin botlara üstünlük verin.

Universal cinslər

Cins seçimində həddindən artıq bəzək olmadan klassik mavi və ya qara modelə üstünlük verin. Açar formalar isə düz, skinny cinslərdir.

Qalın materialdan hazırlanmış paltar

Payızda paltar geyinməyi sevənlər üçün zamşa, dəri və məxmər əla seçimdir. Mükəmməl seçim üçün axtarışa başlayanda V boyunlu paltarları mütləq yoxlayın.

Broqi, Oxfordlar və ya Lofer

“Kişi” ayaqqabıları modadan heç vaxt uzaqlaşmır və qadınlar uğurla öz paltarlarını onunla kombin edirlər. Qalın bazası olan tünd rəngli model seçib, qarderobunuza əlavə edin.

Boyunlu sviter

Bu payız belə sviterləri hər şeylə  – yüksəkbel şalvar və ya siqaret-cinslə, A-line kəsimli mini ətək və ya qolsuz denim paltarla rahatlıqla geyinə bilərsiniz.

Damalı köynək

Klassik qara-qırmızı damalar payızın sönük, soyuq günləridə “grunge” stilinizi vurğulayacaq.

Dəri gödəkcə

Əgər sevimli dəri gödəkçəniz nəzərəçarpacaq dərəcədə köhnəlibsə, onu yenisi ilə əvəz edin. Payızda parlaq üslubunuz üçün qara keyfiyyətli dəri gödəkcə kifayətdir.

Trench coat

Keçən yazılarmızda da qeyd etmişdik trench coat-lar haqqında. Və indi payız qarderobunda olmalı 12 element içərisində o da varsa, heç təəccüblü deyil. Çünki trench  coat-ları siz rahatlıqla gündüzləri cinslə, axşamları isə ziyafət geyimi ilə geyinə bilərsiniz.

Şal və ya şarf

Hətta siz aksessuar fanatı olmasanız belə, bu payız, mütləq şarf və ya şal lazımınız olacaq. Onların köməyi ilə siz ilin aktual tərzi olan retro obrazını yarada bilərsiniz. Və ya günəşli payız günlərində onları başınıza bağlayıb, böyük eynəklə də kombinləyərək 60-ların dəbinə uyarsınız.

Rezin çəkmələr

Payızın yağışlı günləri, gölməçəli yolları qaçılmazdır. Buna görə də hər birimiz qarderobumuza belə hallarla rahat mübarizə aparmaq üçün rezin çəkmələri əlavə etməliyik.

Palto-xalat

Bu üst geyimi payız və qışda aktualdı. Bir az isti havalarda sadəcə çiyinlərə ataraq tərzinizə tərz qata, soyuq havalarda isə tam geyinərək istiliyinizi təmin edə bilərsiniz.

Şlyapa ya da kep

Payızın tutqun, darıxdırıcı günlərində tərz görünmək istəyirsinizsə mütləq şlyapa ya da ki, kep istifadə edin. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir