GEYIM

Payızın moda trendləri

Baxış sayı: 237

Payızın gəlişi, havaların soyuması qarderobumuzun dəyişməsinə səbəb olur. Hər mövsüm olduğu kimi payız-qış kolleksiyası insanların, xüsusilə qadınların maraq dairəsindədir.  Bəs, modelyerlər, dizaynerlər, moda ikonlarının 2019-2020 payız-qış dəbi üçün nələr hazırlayıb? Rəngarəng yaydan sonra geyimlərimizdə hansı rənglər, tərzlər üstünlük təşkil edəcək?

 

1) İncə, bel xəttini göstərən pencəklər 

Yeni mövsümdə incə, bel xətlərini ön plana çıxaracaq pencəklər qarderobumuzda üstünlük təşkil edəcək. Ötən illərdə bol kəsim pencəklər dəbdə olsa da, bu mövsüm qadının incəliyini ön plana çıxaran pencəklər üstünlük təşkil edəcək. Əsasən, “Dolce &Gabanna”nın  hazırladığı pencəklər bu payız dəbi diktə edəcək.

 

2) Dama-dama parçadan olan geyimlər 

Dama-dama parçadan hazırlanan paltarlar əslində Madonnaya bənzəyir. Hər mövsüm təzələnir və forma dəyişərək inkişaf edir. “Dior” və “Gucci” dizaynerləri cəsur və müasir stillərlə mövsümün dəbini hazırlayıb. Bu payızda cins şalvar və T-shirt  üzərinə dama-dama parçadan jaketlər geyinsəniz, mövsümün dəbli xanımı olarsınız.

 

3) Üzərində tikişlə işləmələr olan geyimlər

2019-un payızında işləməli parçalar üstünlük təşkil edəcək.  Moda mütəxəssislərinin məsləhətinə görə, qarderobunuzdan üzəri tikişli, naxışlı ətəklər, şalvarlar və jaketləri əksik etməyin.

 

4) Rəngarəng çiçəkli donlar 

Yeni mövsümdə soyuq havalara baxmayaraq rəngarəng donlar qarderobunuzu bəzəyəcək. “Paco Rabanne”, “Prada” və “Marc Jacobs”ın dizaynerləri 2019 payız-qış mövsümündə zəngin çiçək naxışları ilə bəzədilmiş donları, köynək və ətəkləri təqdim edir. Çiçək naxışlarının üstünlük təşkil etdiyi libaslar payızı daha canlı yaşamanıza səbəb olacaq.

 

5) Dəri parçadan hazırlanan geyimlər

Dəri parçalardan hazırlanan  geyimlər bu mövsüm xüsusilə seçiləcək. Dəri pencəklərdənsə, donlar daha çox mağaza vitrinlərini bəzəyəcək. “Alexander McQueen” dizaynerləri bildirir ki, əgər, dəri donlar üslubunuzdan uzaqdırsa, mövsüm trendinə dəri şalvar və ya dəri köynəklə ayaq uydur bilərsiniz.

 

6 Müxtəlif tül parçalardan hazırlanan donlar 

Marc Jacobs və McQueen daxil olmaqla bir çox modelyerin fikrincə, naxışlı tül parçadan hazırlanan geyimlər qadınları daha incə göstərir. 2019 payız kolleksiyasında krujevalı parçalar üstünlük təşkil edəcək.

 

7) Rəngarəng balıqçı  papaqları

Balıqçı şapkaları bu mövsüm küçə tərzinə damğa vuracaq. Bu gözlənilməz tərzi dizaynerlər gecənin zərifliyini və xüsusi üslub yaratmaq üçün meydana gətiriblər. Klassik bir kostyumla balıqçı papağı taxmaq tövsiyə olunmasa da, bir rəng palto ilə rəngli papaq taxa bilərsiniz.

 

Bu mövsüm dəbi diktə edəcək 5 rəng:

Bibər qırmızısı

Qırmızı rəng payız mövsümündə üstünlük təşkil edəcək. Qırmızı köynəklər və jaketlər payız üçün ideal seçimdir.

Xardal sarısı

Xardal sarısına da bu mövsümdə üstünlük veriləcək. 2019 – 2020 mövsümündə jaketlərin əvəzolunmaz rənginə çevriləcək.

Qəhvəyi rəngin üstünlüyü 

Açıq rəngləri sevmirsinizsə, qəhvəyi rəngin müxtəlif tonunu seçə bilərsiniz.

Pudra çəhrayısı

Çəhrayı sevənlərdənsinizsə, bu ilki moda mövsümü sizin üçündür. Açıq çəhrayı şalvar, ətək və donlar mağaza vitrinlərini bəzəyəcək.

Yaşılın hiss etdirdiyi xoşbəxtlik 

Yaşılın sakit atmosferi 2019-2020 mövsümünün sevimlisinə çevriləcək. Yaşıl don və ətək modelləri qarderobunuzda önəmlilər arasında olacaq. Yaşıl rəngə xüsusilə kostyumlarda tez-tez rast gəlinəcək.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir