yer 10

Planetimizdə heç bir ölkəyə mənsub olmayan 5 məkan

Baxış sayı: 484

Dünyada elə ərazilər var ki, heç bir dövlətin tərkibinə aid deyil. Bir zamanlar qitələr bölünməmişdi, lakin coğrafi kəşflər və Avropanın müstəmləkəçilik dövründən bəri planetdə beş belə bölgə yaranıb. Bu ərazilər  hansılardır və niyə sahibsiz qalıblar?

 

Bir-Tavil

2060 km ərazisi olan bir torpaq sahəsi, Sudan və Misir arasında sərhəddə yerləşir. Qəribədir ki, hər iki dövlət Bir-Tavilə yiyələnməkdən qətiliklə imtina edir. Bölgə, 19-cu əsrdə hər iki Afrika ölkəsini idarə edən Böyük Britaniyanın müstəmləkəçilik siyasətinə görə belə ortada qaldı.1898-ci ildə ingilislər Misir və Sudan arasındakı sərhədi 22-ci paralel boyunca böldülər.

1902-ci ildə İngiltərə Bir Tavili Misirə və başqa bir bölgəni – Halaiba Üçbucağını Sudana vermişdi. Misirlilər qəzəbləndilər: bir vaxtlar onlara məxsus olan üçbucaq neft və münbit torpaqlarla zəngin idi, Bir Tavil isə səhradır. 1995-ci ildə uzun sərhəd atışmalarından sonra Misir qoşunları Halaib üçbucağını geri aldı və Bir Tavil Sudana verildi. Ancaq bölgənin heç kimə faydası olmadığı ortaya çıxdı. Hazırda orada yaşayış yoxdur, orada yaşamaq sadəcə təhlükəlidir.

 

Qornya Siqa

Serbiya və Xorvatiya sərhədlərinin kəsişməsində yerləşən tərk edilmiş sıx meşəlik ərazi cəmi 7 km-dir. Yuqoslaviya dağılandan sonra bölgə sahibsiz qaldı. O vaxtdan bəri müstəqillik qazanan ölkələr arasında ərazi mübahisələri səngimədi. Qornya Siqa rədd edildi, dövlətlərin başı daha zəngin torpaqların hüququnu əldə etməklə bağlı mübahisələrə qarışmışdı.

2015-ci ildə çex aktivisti Vit Jedliçka orada virtual Liberland dövlətini yaratdı və daha sonra müxtəlif ölkələrdən 30-dan çox sakinə vətəndaşlıq verdi. Lakin Xorvatiya və Serbiya sərhədçiləri orada heç kimə icazə vermir və  ərazi hələ də boş qalmaqdadır.

 

Antarktida, Meri Berd ərazisi

Antarktida, 1959-cu il konvensiyasına görə, ictimai mülkiyyət və bitərəf ərazi kimi tanınır. Orada yalnız elmi fəaliyyətlərə icazə verilir. Ancaq bir çox ölkənin Antarktida ilə bağlı iddiaları var. Konvensiya ləğv edilsə, qitə hissə-hissə bölünəcək.

Oradakı Meri Berd adlı hissə 103-158° qərb uzunluqlarında yerləşir. 1951-ci ildə Yaponiya bu sahə ilə bağlı iddiasından əl çəkdi və bu region heç kimə məxsus olmadı. Həmin sektorda iki elmi stansiya -Amerikanın Berd və Rusiyanın “Ruskaya” stansiyaları yerləşir. Hər iki tərəf gələcəkdə ərazi ilə bağlı mübahisələrə hazır olduğuna eyham vurub.

 

 Qərbi Sahara

Sahəsi təxminən 266800 km-dir. Afrikanın şimal-qərbində yerləşir. Baxmayaraq ki, sahənin 96 %-i səhra ilə örtülüb, Qərbi Sahara neft, dəmir və fosforla zəngindir. Bu səbəbdən qonşu dövlətlər arasında münaqişələr səngimir.

1976-cı ilə qədər əraziyə nəzarət edən ispanlar bu münaqişənin günahkarı sayılırlar. Oradan çıxan İspaniya tərk edilmiş müstəmləkənin kimə aid olacağına qərar vermədi.

 

Skarboro rifi

Cənubi Çin dənizindəki sahəsi 150 kvadratkilometr olan iki adacıq belə adlanır. Onlar neft və qazla zəngindir və bu səbəbdən Çin, Vyetnam, Filippin, Malayziya, Bruney və Tayvan arasında mübahisə mövzusuna çevrilmişdir. Orada yaşayış yoxdur. Rəsmi olaraq Skarboro rifi heç kimin torpağı deyil. Lakin Çin daha güclü bir rəqib olaraq praktik olaraq rifi ələ keçirib. Çinin hərbi gəmiləri bölgədə keşik çəkir, yad adamları buraxmır.

Çinlilərin əsas arqumenti adaların XIII əsrdə Çin dənizçiləri tərəfindən kəşf edilməsidir. Doğrudur, o dövrdən xəritələr qalmayıb və məcbur deyilənlərə inanmaq qalır. Çin, onsuz da bu mövzuda Beynəlxalq Məhkəmənin qərarına və qonşularının etirazlarına məhəl qoymur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir