xestelik

PMS və onun əlamətləri

Baxış sayı: 1. 497

Qısa adı PMS (Premenstrual Sindrom) olan menstruasiya öncəsi sindrom adətən bir həftə öncə başlayan, qanamayla birgə yüngülləşib yox olan bir dövrdür və qadınların təxminən yarısında həyatının bir dövründə qarşısına çıxır. PMS olan hər 100 qadından 10-u bu dövrü “dözülməz” adlandırır. Psixiatrlar bir çox ailələrdə qadınlardakı PMS dövrü diqqətə alınmadığı üçün problemlər, münasibətlərdə pozulmalar və psixiatrik rahatsızlıqların ortaya çıxdığını deyirlər.

 

PMS-in əlamətləri

PMS döşlərdə şişkinlik, ağrı, maye toplanması, qarın şişliyi və ağrı, başağrısı, çəkidə artım, baş gicəllənmə, axmaqlıq hissi, karbohidrat aclığı, iştah dəyişikliyi, şəkərli qidalara istəyin artması, bulantı, diareya, qəbzlik, sızanaq kimi fiziki əlamətlərlə ortaya çıxır. Əsl dözülməz olan psixoloji əlamətlərə isə sıxıntı, hüzursuzluq, gərginlik, bitkinlik, üzüntü, intihar düşüncələri, qəzəb, diqqət azalması, yuxu pozğunluğu, cinsi arzuda dəyişiklik aiddir.

PMS davranışlara da təsir edir. Qadın əsəbi olur, diqqət azlığı, ağlama krizləri yaşayır.

Bütün bunlar qadınların ruh sağlamlığını və sosial münasibətlərini pozur. İşdəki məhsuldarlığını azaldır. Qadının rollarını yerinə yetirməsinə mane olur. PMS qadının hormonları, beyin və psixologiyası arasında təsirlənmə nəticəsində ortaya çıxır. İnsanın psixolji davranışındakı pozuntular hormonlara təsir edər, hormonlardakı pozulma beyinə təsir edərək davranışa yansıyır. Buna görə PMS nevrohormonal bir problem kimi qəbul edilir.

PMS-in 30 yaşlı qadınlarda daha çox görüldüyü deyilir. Qadınların yüzdə 10-da PMS kllinik sindrom olaraq yaşanır. Atipik depresiyya şəklində özünü göstərir. Qadınlarda psixoloji problemlərin aybaşı öncəsi, hamiləlikdə, doğuş sonrasında, ginekoloji əməliyyat sonrası, ya da menopauza sonrasında daha çox ortaya çıxdığını qeyd edən mütəxəssislər qadının yaxınları, ailəsi tərəfindən bu halın psixoloji olduğunu mütləq nəzərə alınmasının vacibliyini bildirib.

Menstruasiya öncəsi gərginlik sindromu müalicə edilərkən daha çox B6, B12 vitaminləri məsləhət görülür. Psixiatrik dərmanar da verilə bilər.

 

PMS zamanı bu qidalardan uzaq durun

Şəkər, duz, qırmızı ət, şokolad, şərab, turşu, fındıq, fıstıq, çox spirtli içki, çay, qəhvə  az qəbul edilməlidir. Balıq, tərəvəz, meyvə yeyilməlidir. Az və tez-tez yemək, fitness və gəvşəmə hərəkətləri etmək vacibdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir