KORONAVIRUS

Pulmonoloq koronavirusla bağlı MİFLƏRİ DAĞITDI: yalnız bu halda…

Baxış sayı: 653

“Koronavirus soyuqdəymə ilə müqayisə edilə bilməz, çünki hər beşinci COVID-19 xəstəsi ağır vəziyyətə görə xəstəxanaya yerləşdirilməlidir. Xəstəliyə əgər bakteriya səbəb olubsa, yalnız bu təqdirdə antibiotiklər tamamilə müalicə olunmağa kömək edəcək”.

Bu barədə pulmonoloq Oleq Abakumov “Gündəlik Vladivostok Xəbərləri”nə danışıb.

O, həmçinin pnevmoniyanın virusa görə inkişaf edən son dərəcə təhlükəli xəstəlik olduğunu vurğulayıb.

Abakumov bildirib ki, təkcə uşaqlar və qocalar deyil, həm də oturaq həyat tərzi keçirən, pəhrizinə əməl etməyən, pis vərdişləri olan yetkin şəxslər də koronavirusa daha çox həssasdırlar.

“Yüksək temperaturun olmaması, heç də hər şeyin qaydasında olduğunu ifadə etmir, çünki pnevmoniya bu simptom olmadan da inkişaf edə bilər”, – pulmonoloq vurğulayıb.

Daha əvvəl pulmonoloq Andrey Palman ümumi pnevmoniya ilə koronavirus arasındakı fərqi izah etdi . Onun sözlərinə görə, COVID-19-za yoluxma zamanı öskürək quru və bəlğəmsiz olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir