geyim

Qələm ətəklər 2024-cü ilin hitidir: geyinməyin 5 üsulu

Baxış sayı: 420

Ledi üslubunun populyarlığının ardınca qələm ətəklər moda arenasına qayıdır. Onlar ciddi və cəlbedici, zərif və tamamilə universaldır. Belə görünür ki, 2024-cü ildə həmişə, hər yerdə və bütün hallarda qələm ətək geyinəcəyik. Üstəlik, dizaynerlər bizə onun saysız çeşidlərini təklif etdilər.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, qələm ətəklər ilin trendləri arasında yer alacaq.

 

Köynəklə

Çox məşhur birləşmə olsa da, kifayət qədər dəbli tandemdir. Gündəlik ofis stili üçün xüsusilə əlverilişdir, düyməli köynək geyinin, görünüşü bir cüt loafer və geniş çanta ilə tamamlayın, axşam isə “Dior” şousunda olduğu kimi, loaferləri iti uclu stilettolarla tamamlayın və mərasimə yollanın. Məhz belə klassik komponentlər sayəsində bu obraz müxtəlif tədbirlər üçün dəyişdirilə bilər.

 

Kardiqan

Hal-hazırda “TikTok”da viral olan dəbli kitabxanaçı (librarian-core) üslubu üçün mükəmməl birləşmədir. Jaket “Miu Miu” şousunda olduğu kimi, nazik yundan hazırlanmalı və çox həcmli olmamalıdır. Üst kimi vodolazka ilə düyməli köynək də geyinilə bilər. Bu görünüşlə loafer və ya “Meri Ceyn” ayaqqabıları xüsusilə effektli görünəcək. Lakin podiumdakı dikdabanlı bu obraz da çox təsiredici alınıb.

 

Sviterlə

Bu kombin payız, hətta hava şəraitinə baxmayaraq, qış üçün də idealdır. Siz dar vodolozkanı ətəyin içinə sala bilər və ya yüksək boyunlu həcmli sviter seçə bilərsiniz. Uzunboğaz çəkmələr görünüşü mükəmməl şəkildə tamamlayacaq. Üstəlik, bu mövsüm yenə də ayaqqabı trendləri arasındadırlar.

 

Ağ mayka ilə

Ağ maykalar moda arenasına o qədər möhkəm yerləşiblər ki, deyəsən, onu heç vaxt tərk etməyəcəklər. Hər halda, bu mövsümdə mütləq bizimlə qalacaqlar. Mayka + qələm yubka kombi “uyğunsuzların birləşməsi” kimi təsnif edilir və siz bunun əsasında onlarla dəbli dəstlər yarada bilərsiniz. Məsələn, “Saint Laurent” şousunda olduğu kimi, hündürdaban ayaqqabılar və irihəmcli bilərziklər əlavə edin.

 

Pencəklə

Hər kəsi təəccübləndirə bilməyən klassik birləşmə olsa da, o demək deyil ki, bu tərzdən imtina etmək lazımdır. Dəst eyni rəngdə və ya ziddiyyətli rənglərdə, hətta fərqli materiallarda ola bilər. Burada obrazın ofis, görüş və ziyafət üçün daha uyğun olacağı hansı ayaqqabı və aksessuarları seçdiyinizdən asılı olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir