Qadina zorakiliq

“Qadına qarşı cinayətlərdə 8 mərhələ var” – İngilis alimin ibrətamiz araşdırması

Baxış sayı: 1. 056

İngiltərədə aparılan bir araşdırmada qadın cinayətləri öyrənilib və qadınların həyat yoldaşları, ya da partnyorları tərəfindən öldürülməsinə qədər gedən dövrdə səkkiz mərhələ yaşadıqları müəyyənləşib. 

“Gencaile.az” saytı BBC Türkcəyə istinadən xəbər verir ki, kriminoloji mütəxəssis Ceyn Monckton Smit İngiltərədə törədilən 372 qadın cinayətini araşdırıb. Monckton Smitin gəldiyi nəticələrə görə, cinayətlər baş verənə qədər böyük bənzərliklər göstərən mərhələlər yaşanır.

Gloucestershire Universitetində akademik olaraq çalışan Monckton Smit bildirib ki, münasibətin şiddətə, hətta cinayətə gedə biləcəyini göstərən ən vacib siqnal kişinin qadını daim nəzarət altında saxlamağa çalışmasıdır.

Araşdırılan bütün cinayət hadisələrində rast gəlinən mərhələlər aşağıdakı şəkildə sıralanır: 

Münasibət başlamadan əvvəl kişinin qadını daim təqib və istismar etməsi. 

Tanışlıq dönəminin sürətli bir şəkildə münasibətə çevrilməsi. 

Kişinin qadına daim, zorla nəzarət etməyə başlaması. 

Kişinin qadın üzərindəki bu nəzarətinin ortadan qalxmasına və ya zəifləməsinə yol açan bir tətikləyici. Məsələn, münasibətin sonlanması və ya kişinin maddi problemlərlə üz-üzə qalması. 

Kişinin qadını nəzarət altında tutma cəhdlərinin çoxalması. Məsələn, daim təqib etməyə başlaması və ya intihar edəcəyini deyərək təhdid etməsi. 

Kişinin üslubunu dəyişdirməyə qərar verməsi. 

İntiqam alma və ya cinayət gerçəkləşdirmə variantlarını düşünməyə başlaması. 

Kişinin qadını öldürmək üçün plan hazırlaması. 

Silah alıb, qadını tənha bir yerə aparmağa çalışması. 

Kişinin qadını öldürməsi, eyni zamanda cütlüyün uşaqları kimi, yaxın çevrəsindəki insanlara da zərər verməsi. 

Araşdırılan qadın cinayəti hallarında bu mərhələlərə uymayan az saydakı nümunədə yeganə çatışmayan məqamın ilk mərhələ olması, o nümunələrdə də cütlüyün münasibətə başlamadan əvvəl ümumiyyətlə, bir-birini tanımadığı qeyd edilir.

BBC-yə danışan Monckton Smith bildirib: “Ümumən bu günə qədər qadın cinayətlərinə hər zaman bir anlıq şəhvətlə həyata keçirilmiş cinayətlər, bir tərəfin bir an gözünün qaralmasının nəticəsi olaraq baxdıq. Ancaq bu halları araşdırmağa başladığımız zaman burada bir planlaşdırma, bir qaranlıq məqam olduğunu görürsünüz. Amma daha da önəmli olan odur ki, cinayətlə nəticələnən bu münasibətlərin hamısında qarşı tərəfi zorla nəzarət altında saxlamaq cəhdi özünü göstərir”.

Monckton Smith, səkkiz mərhələdən ibarət bu modelini İngiltərədə psixoloqlara, polislərə və vəkillərə öyrətməyə başlayıb.

O, akademik əsərinin yayınlanması ilə birlikdə bu təhsilin daha əhatəli şəkil ala biləcəyinə ümid edir: “Əgər bu mərhələnin fərqində olsalar, həm qurbanlar, həm də səlahiyyətli şəxslər dərhal bunun qarşısını almağa çalışar. Məsələn, “Allahım, qarşımda uçüncü mərhələyə çatmış bir hadisə var” deyib, prosesin qarşısını ala bilərlər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir