Qadını gözdən salan 20 davranış

Baxış sayı: 1. 333

Qadınların kişiləri əsəbiləşdirib özündən çıxarma bacarığı bəlkə də anadangəlmədir. Ancaq elə hallar da var ki, sonradan qazanılan təcrübə ilə mümkün olur. Mütəxəssislər belə “təhlükəli” davranışıları təsnifatlandırıb, 20-sini əsaslandıraraq diqqətə almağı tövsiyə edir. Bu davranışları təqdim edirik.

1.”Danışmalıyıq” kəlməsilə başlayan cümlələr kişilərin beyninə anında “yenə sızıldamağa başlayacaq” siqnalını ötürür.

2. Qadının “alış-verişə mütləq birlikdə getməliyik” təkidləri.

3. Səhər yerindən durar-durmaz və gecə yatağa girərkən telefonla danışmaq.

4. “Səncə, mən gözələm” və bu qəbildən olan suallar.

5. Həddən çox açıq dekolteli paltar geyinib diqqət çəkməyə çalışmaq. Unutmayın ki, kişilər baxmağı xoşlayır, paylaşmağı yox!

6. “Mən sənin bildiyin qızlardan deyiləm” cümləsi. Bu sözü deyən kimi həmin qızlardan olursunuz.

7. Gözəllik salonu, ya alış-veriş anlarını anlatmaq. Təsəvvür edin ki, kişilər futbol və maşından danışır. Görürsünüz, necə darıxdırıcıdır?!

8. Çiçək alması üçün guya “bilmirmiş kimi” söz atmalar.

9. Gözlədilmək.

10. Qərarsızlıq. Həmişə tənqid edən və heç bir şeyi bəyənməyən qadınlarla heç kim birlikdə olmaq istəməz.

11. Pul düşkünü. Heç bir kişi onun pul kisəsini sevən qadını sevməz.

12. Həmişə mobil telefonla maraqlanmaq.

13. Kişinin mobil telefonunu qurdalamaq.

14. Telefona zəng, ya mesaj gələn kimi “kimdi o?” deyə soruşmaq.

15. “Mən sənə demişdim” sözünü eşitmək.

16. Dostların yanında “eşqim”, “balam”, “ürəyim”, “canım” kimi sevgi sözlərindən istifadə edib ondan da qarşılıq gözləmək.

17. Ucadan gülərkən ağzını əlilə tutan qızlar.

18. Tez-tez keçmiş sevgililərindən bəhs edən qızlar.

19. Keçmiş həyat yoldaşı və ya sevgililərlə bağlı suallar soruşmaq.

20. Qadının dostu olsa belə, ancaq oğlan dostundan danışması.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir