Nermine  Abbasova

“Qadınlarda 40, kişilərdə isə 50 yaşlarında başlayır”

Baxış sayı: 495

Osteoporoza səbəb olan çox sayda risk faktoru olmaqdadır. Bu risk amillərinin bir qismi – məsələn, yaş, irq, genetik quruluş dəyişdirilə bilməz. Bir qismi isə – məsələn, qidalanma, sedanter həyat tərzi, siqaret dəyişdirilə bilən amillərdir. Yetərli kalsium qəbulunun böyümə və inkişaf dövründə sağlam sümük inkişafı baxımından əhəmiyyətli olduğu qədər, irəli yaşlarda da sümük kütləsi qorunması baxımından da böyük əhəmiyyətə malikdir”.

Bunu sözügedən xəstəliklə bağlı açıqlama verən Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyib. Həkim-terapevt bildirib ki, kifayət miqdarda qəbul edilən müxtəlif vitamin və minerallar (maqnezium, sink, mis, fluorid, vitamin C, K, A kimi) və ya çox miqdarda istehlak edilən zülal, sodium, kofein, alkoqol, siqaret kimi maddələr osteoporoz baxımından əhəmiyyətli risk amilləri yaradır. Onun sözlərinə görə, nizamlı məşq sümük mineral sıxlığını artırır.

Nərminə xanım deyir ki, Osteoporoz diaqnozu sümük mineral sıxlıq ölçümü ilə qoyulur:

“Qısa vaxt alan ağrısız ölçümdür. Sümük mineral sıxlığına görə şəxs üç kateqoriyadan birinə aid edilir: Normal, aşağı sümük kütləsi (osteopeniya) və osteoporoz. Sümük mineral sıxlığı nə qədər aşağıdırsa sınıq riskinin o qədər yüksək olduğu qəbul edilir”.

Həkim-terapevt bildirdi ki, Osteoporozdan qorunmaq uşaqlıq çağından başlayır və həyat boyu davam edir:

“Qorunma, yetərli kalsium qəbulu, nizamlı məşq və qadınlarda kifayət qədər ostrogen kişilərdə isə kifayət qədər testosteron səviyyələrinin təmin olunmasıdır. Uşaqlıq, adolesan (gənclik) dövrlərində güclü sümüklər qazanılması irəli yaşlarda osteoporoz inkişafından qorunmaq üçün əhəmiyyətlidir. Müntəzəm fiziki fəallıq – məsələn yürüyüş, aerobika və ya pilləkən enmək-çıxmaq sümük gücünü artırmada əhəmiyyətlidir”.

Nərminə xanım onu da vurğuladı ki, qadınlarda sümük əriməsi adətən 40 yaşlarında başlayır. Xroniki xəstəliyi olan, sümük itkisini arttırıcı dərman istifadə edən və ya digər risk amillərinə malik insanlarda daha erkən yaşlarda başlaya bilər:

“Sümük itkisi menopauzadan sonra ilk bir neçə ildə çox sürətlidir. Kişilərdə isə sümük itkisi 50 yaşlarında başlayır. Yaşlı qadın və kişilər üçün kifayət qədər kalsium və D vitamini qəbulu böyük əhəmiyyət daşıyır. Bundan başqa, fiziki olaraq aktiv qalmaq, əzələlərin güclü qalması, oynaqların elastikliyi və sümük qüvvəsi baxımından əhəmiyyətlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir