kisi-qadin

Qadınlarda libidonun düşməsinin 6 SƏBƏBİ

Baxış sayı: 440

Libidonun düşməsi cinsi istəyin azalmasına işarədir. Bəs libidonun düşməsinə səbəb nədir? Bu problemi aradan qaldırmaq üçün nə etmək lazımdır? “Gencaile.az” seksopatoloq Mary Jo Rapininin bununla bağlı məsləhətlərini təqdim edir.

 

Partnyorunuzdan incimisinizsə

Partnyorunuzla olan münasibətinizdə problem, sizi narahat edən hər hansı bir məqam varsa, bu, cinsi həyatınıza da mənfi təsir göstərəcək. Ağlınızda cavab tapmamış suallar olduqca, özünüzü həyat yoldaşınızla rahat hiss etməyəcəksiniz. Bu halda əvvəlcə onunla birlikdə xoşlandığınız şeyləri edin. Ardından da narahatlıq duyduğunuz mövzuları onunla danışın.

 

Bədəninizi bəyənmirsinizsə…

Bədəninizi bəyənməməyiniz, ya da partnyorunuzun bədəniniz haqqında düşünülmədən söylədiyi bir söz sizi cinsəllikdən soyuda bilər. Bu vəziyyətdə əvvəlcə özünüzlə barışın.

 

Partnyorunuz başqa qadınlara baxır

Partnyorunuzun başqa qadınlara baxması sizi narahat edir əlbəttə. Buna görə ondan küsməmişdən əvvəl xəbərdarlıq edin. Ona özünüzü pis hiss etdiyinizi, cinsəl həyatınıza mənfi təsir etdiyini bildirin.

 

İstifadə edilən bəzi dərmanlar

Bəzi dərmanlar və ya tiroid pozuntusu kimi sağlamlıq problemləri cinsi duyğularınızı təsirləndirə bilər.

 

Yataqda yaxşı olmaması

30 yaşların ortasında olan qadınların bir çoxu həyat yoldaşlarının çox yaxşı bir ata olmalarını, lakin yataqda yaxşı olmadıqlarını etiraf ediblər. Partnyorunuzla bənzər bir hal yaşayırsınızsa, ona yataq otağında nələr istədiyinizi söyləyib, istedadının inkişafına kömək edə bilərsiniz.

 

Uzun müddətli bərabərlik

“Yolun sonunda bütün böyük eşqlər yıprana bilər”, – deyir Mary Jo Rapini. Uzun müddətli münasibətlərdə qadınların kişilərdən daha tez darıxdığını da əlavə edir. Yeni şeylər etməyə açıq olun. Bunun üçün internetdən yeni fikirlər axtara bilərsiniz. Yataq otağınıza gələcək hər yenilik yeni bir oyuna çevrilə bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir