sevgi

Qadınların hörmətini necə qazanmalı? – 11 TÖVSİYƏ

Baxış sayı: 181

Dünyanın ən gözəl qadınını sevsiniz belə, gec-tez həmin sevgi sizi yoracaq. Daha çoxunu yəni hörmət istəyirsiniz? Qadının sizə dəyər verməsi elə də asan iş deyil. Bunu əldə etmək üçün isə qızıl məsləhətləri sizə təqdim edəcəyik.

 

Qışqırmayın

Qarşında duranın üstünə qışqırmaq, sizə əlavə hörmət qazandırmayacaq. Qışqırmağı hamı bacarır. Qışqırmaq zəiflik əlamətidir.

 

Xırdaçı olmayın

Danışıqlarınız zamanı çox xırda məsələlərin dərininə getməyin. Bu sizə xeyir gətirməz və sizi daha da hörmətsiz edər. Əsasən də pul mövzusunda.

 

Digərlərinə düzgün həsəd aparın

Həsəd aparmaq – bizi qabağa aparan amillərdən biridir. Bizdə isə bu sözün mənasını səhv anlayırlar. Düşünürlər ki, həsəd aparırsansa, onun ayağını çəkmək istəyirsən və onun qabağa getməsinin qarşısını alırsan. Kimlərəsə həsəd aparırsınızsa, bunu ancaq özünüz bilin. Bu fikrini qadınlarla heç bir zaman paylaşmayın. Bu sizi hörmətsiz edəcək.

 

Kimlərisə müzakirə etməyə tələsməyin

Kimlərisə gördüyünüz andan müzakirə edib, bütün aqressiyanızı o insandan çıxarmayın. Belə olduğu halda həmin qadın sizdən qaçacaq.

 

Qarşınızdakının düzgün olduğunu qəbul etməyi bacarın

Öz səhvinin qəbul edilməsi çox çətin bir məsələdir. Müdrik insanlar öz səhvlərini qəbul etməyi bacarırlar.

 

Özünüzə yazığın gəlirsə bunu susaraq et

Hər xırda məsələyə görə qadının üzərinə qaçıb, alınmayan məsələləri bildirməyin. Onun sizə yazığı gəlməsi sizi hörmətsiz edəcək.

 

 Nələrisə 100 %-lik əla formada etməyi bacarın

Bir işi etməyi boynunuza götürmüsünüzsə, onu əla formada təqdim etməyi bacarın. Belə olduğu halda qadının sizə dəyəri və hörməti artacaq.

 

Nazı ilə çox oynamayın

Qadınlar naz etməyi sevir. Kişilərin borcu isə həmin naz edən qadınların nazı ilə oynamasıdır. Amma bu mövzuda müəyyən sərhəd var. Bu sərhədi keçməməyə çalışın. Hər saniyə naz edib, ona verdiyiniz dəyərdən istifadə etmək istəyirsə, buna şərait yaratmayın.

 

Onu alçatmayın

Onu heç bir zaman, heç kimin yanında alçatmayın. Ona sözünüz və iradınız varsa, bunu təklikdə olanda bildirin.

 

Öz seksual həyatınız barəsində ona danışmayın

Bu günə qədər olan münasibətlərin barəsində heç bir zaman qadına danışmayın. Bu sizi hörmətsiz edə bilər.

 

Özünüzə hörmət edin

Özünə hörmət etməyən insana, qarşısındakı hörmət etməz. Ona görə ilk olaraq özünüzü sevin və özünüzə dəyər verin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir