tort

“Qara Meşə” tortu necə hazırlanır? – “ŞİRİN SÜFRƏ”

Baxış sayı: 496

Bu tort Alman mənşəli tortdur. Originalda adı Alman dilində Schwarzwälder Kirschtorte, tərcümədə qara meşə deməkdir. 1930-cu illərin əvvəlində Almaniyada hazırlanmağa başlamış, hal-hazırda bütün dünyada məşhurlaşmışdır. Kakaolu kökələr, qaymaqlı krem, içlik olaraq albalı və üzərinə şokolad qırıntıları tökülür. Çox ləzzətli olması onun dünyada belə məşhurlaşmasına səbəb olub. Beləliklə, “Gencaile.az” saytının “Şirin süfrə” rubrikasında  instagram sosial şəbəkəsindəki  “my_ sweet_house_1” səhifəsinə istinadən “Qara Meşə” tortunun hazırlanma qaydasını təqdim edirik.

 

Lazım olan ərzaqlar:

Biskivit üçün:

  • 5 yumurta
  • 1 st. şəkər tozu
  • 1 st. un
  • 3 x.q. kakao tozu
  • 30 qr kərə yağı (ərinmiş)

Krem üçün:

  • 800 ml qaymaq
  • 0.5 st. şəkər kirşanı (şirinliyi çox istəsəniz artırmaq olar)
  • 2 x.q nişasta

Şirə üçün:

  • 150 ml albalı şirəsi
  • 100 qr şəkər tozu

İçinə:

  • 500 qr. albalı (dondurulmuş və ya təzə,tumu təmizlənmiş)

Bəzəyi üçün:

  • 100 qr şokolad, krem və albalı

Biskvit üçün yumurtaları şəkər tozu ilə ağarıb yaxşıca şişənə qədər mikserlə çalın.

Sonra unu və kakaonu ələkdən keçirib əlavə edin.

Ərinmiş yağı da töküb qaşıqla qarışdırn.

Qaba (məndə diametri  25 sm.dir) kalka kağızı sərib listin kənarlarını yağlayın və xəmiri tökün.

180 dərəcədə təxminən 30-40 dəqiqə bişirin. Çıxarıb soyumağa qoyun.

Krem üçün qaymağı mikserlə bərkiyənə qədər çalın, şəkər pudrası və nişastanı töküb bir az çalın. Qaymağı bərkiyəndən sonra çox çalmaq olmaz, yağa çevrilə bilər. Nişasta kremin daha bərk və bəzəyi yaxşı saxlaması üçündür.

Şirə üçün albalıların üzərinə bir az şəkər tozu töküb gözləyin suyu çıxsın. Həmin şirəni süzüb şirənin üzərinə şəkər tozunu əlavə edib odun üzərində 2-3 dəqiqə qaynadıb kənara çəkin.

Soyumuş korju 2 və ya 3 yerə bölün. Mən 2 korj etdim və hərəsini 2 yerə böldüm.

Korjun üzərinə hazırladığınız şirədən qaşıqla gəzdirib isladın.

Kremi adi qaydada da çəkə bilərsiniz. Mən krem torbasına töküb bu cür halqalar şəklində çəkdim.

Krem halqalarının arasındakı boşluqlara albalıları düzdüm.

Bütün qatları bu şəkildə təkrar edib üst-üstə yığdım.

Sonda tortun kənarlarını, üstünü kremlədim.

Şokoladı kiçik hissələrə bölüb blenderdə ovuntu halına gətirib tortun hər tərəfinə səpdim və üzərini qaymaqlı kremdən olan güllərlə bəzədim, güllərin üzərindən isə albalı düzdüm.

Tortumuz hazırdır.

Çox ləzzətli dadı var. Mütləq bu resepti hazırlayın. Bəyənəcəyinizdən əminik!

Tort resepti Black Forest

Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.

https://www.instagram.com/my_sweet_house_1/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir