a12c881a6ebf1516fcc4a16f3f298d05

“Qarabağ” bu gün “Kopenhagen” səddini keçə biləcəkmi? – AZARKEŞLƏR ARASINDA SORĞU

Baxış sayı: 146

Bu gün Azərbaycanın “Qarabağ” klubu Çempionlar Liqasının növbəti cavab oyununa çıxır. Qrup mərhələsi öncəsi ilk həlledici qarşılaşmada Bakıda Danimarkanın “Kopenhagen” klubunu minimal hesabla məğlub edən “Qarabağ” yenidən tarix yazmağın bir addımlığındadır. Azərbaycan futbol tarixində ilk dəfə olaraq bir klubumuz Çempionlar Liqasının qrup mərhələsində çıxış edə bilər, bu şansı dəyərləndirmək isə futbolçuların öhdəsinə düşür. Bəs azarkeşlər necə düşünür, “Qarabağ” klubu qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?

– Mən komandamıza inanıram. Düşünürəm ki, ən azı qaneedici hesaba nail olacaq.

– Ən azı heç-heçə edə bilər.

– Mərhələni keçməlidir.  Məcburdur. Şansları var. Hesab yəqin ki, 1-1 olacaq.

– Bakıdakı oyunu izləmişdim. Gözlədiyimizdən daha yaxşı oyun oldu. Mən inanıram ki, orada da eyni nəticəni göstərə biləcəklər. Mən 1-1 olacağını təxmin edirəm. Ümumi komanda oyununa inanıram.

– Biz ümid edirik ki, yaxşı nəticə ilə geri qayıdacaqlar. “Qarabağ” bütün azərbaycanlıların əsas komandası kimi qəbul olunur.

– Buradakı oyunu izləmişdim, çox yaxşı oynamışdılar. Mənim fikrimcə, çox gözəl nəticə ilə geri qayıdacaq. İmkan olmadı gedək orada baxaq, amma burada baxmışıq. Proyektorlardan izləyəcəyik, daim dəstək olacağıq. Fikrimcə hesab 1-0 olacaq, “Qarabağ” udacaq və 2-0 hesabı ilə növbəti mərhələyə çıxacaq. Qrup mərhələsində daha güclü komandaları Azərbaycanda qarşılayacağıq.

– Qarabağ hazırda  Avropa futbolu oynayır. Azərbaycan xalqı olaraq əminik ki, keçəcək. Çempionlar Liqasında biz də Azərbaycan klubunu görmək istəyirik. Hesab mən düşünürəm buradakı kimi olacaq, 1-0 “Qarabağ”ın xeyrinə.

– Çox çətin olacaq. Çünki çox güclü rəqibdir. Bakıda zəif oynamağına baxmayaraq, bir-iki qol epizodu yaratdı. Orada çətin olacaq, çünki burada azarkeşlərin dəstəyi hesabına qol vurdular. Qurban Qurbanova və bütün komandaya inanırıq. Orada olmasaq da televizorun qarşında izləyəcəyik. Ürəyimiz “Qarabağ”ladır.

– Mən Danimarka xalqını çox sevirəm, ona görə “Kopenhagen” klubunu dəstəkləyirəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir