yuxu

Qarabasmalar, qorxulu yuxular bu xəstəliyin xəbərçisidir – Ehtiyatlı olun

Baxış sayı: 382

Qorxunc yuxular və qarabasmalar otoimmün xəstəliklərin erkən əlaməti ola bilər.

Beynəlxalq tədqiqatçılar qrupu xəstələr və həkimlər arasında sorğu keçirdikdən sonra bu qənaətə gəliblər.

Otoimmün xəstəliklər, immunitet sisteminin bədənin sağlam hüceyrələrinə hücum etməsi, müxtəlif orqan və toxumaların iltihablanmasına və zədələnməsinə səbəb olan xəstəlikdir. Bunun nəticəsində bağırsaqların, qalxanabənzər vəzin, 1-ci tip şəkərli diabetin xroniki iltihabı baş verir.

Böyük Britaniya, ABŞ və İtaliyadan olan beynəlxalq tədqiqatçılar qrupu sistemik lupus eritematosusun erkən simptomlarının və ya onun residivinin tez-tez psixozla qarışdırıldığını qeyd ediblər.

Ən çox görülən simptomlardan biri xəstələrin canlı, ağrılı kabuslar gördüyü yuxu pozğunluğudur. Tipik olaraq, bu cür yuxular hücum, tələyə düşmək və ya təbii fəlakətlərlə əlaqəli olur. Bu simptom ilə respondentlərin 60% -i qarşılaşıb. Hər beş nəfərdən üçündə və digər revmatik otoimmün xəstəliyi olan hər üç nəfərdən birində halüsinasiyalar başlamazdan dərhal əvvəl kabuslar görmə ehtimalı daha yüksək olub.

 

Cəmilə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir