qarin

Qarın quruldamasının qarşısını almaq üçün 7 tövsiyə

Baxış sayı: 1. 337

Qarın quruldaması nədir?
Qarın quruldaması – mədə-bağırsaqda olan mayenin və qazın hərəkəti zamanı qarında yaranan xaraterik səslərə deyilir. Tibb elmində qarın quruldaması “borborygmus” (latınca) adlanır. Bu söz qədim yunan dilindən götürülmüşdür və hər hansı bir dilə tərcüməsi yoxdur, daha çox güman edilir ki, bu söz bizim mədə-bağırsağımızın yaratdığı səsin imitasiyası zamanı formalaşıbdır.

Qarın quruldamasının səbəbləri hansılardır?

Qarın quruldaması sağlam adamlarda da ola bilər. Qarın quruldamasının bir çox səbəbləri vardır. Məsələn:

  • Qarın quruldaması əsasən ac qarına və səhər saatları olur. Əgər siz sabah yeməyini yeməmisinizsə bütün gün ərzində qarın quruldaya bilər.
  • Qarın quruldaması lazımından artıq yedikdə də olur. Xüsusən də siz əgər bundan əvvəl üzün müddət yeməməmisinizsə və ya birdən ağır yemək yemisinizsə qarın quruldaması ola bilər.
  • Qarın quruldaması keçirdiyiniz həyəcandan da ola bilər, misal üçün, vacıb iş danışıqlarından əvvəl, verəcəyiniz imtahandan qabaq, həyəcanverici görüş öncəsi və sair.
  • Qarın quruldaması qəbul edilmiş bəzi qida məhsullarından, qazlı və spirtli içkilərdən sonra da baş verə bilər.
  • Qarın quruldaması bəzi xəstləliklərin əlaməti kimi ola bilər, məsələn, xroniki pankreatit, öd daşı xəstəliyi, enterit, kolit və s. kimi xəstəliklərdə biruzə verə bilər.

Qarın quruldaması hamiləlik zamanı arta bilər, beləki, hamiləlik zamanı orqanizmdə proqesteron hormonu artır, hansı ki, bu hormon orqanizmdə o, cümlədən, mədə-bağırsaq sistemində olan saya əzələlərinin boşalmasını təmin edir.

Və sonda qarın quruldamasının qarşısını almaq üçün tövsiyələr hansılardır? Qarın quruldaması aşağıdakı qaydalara əməl etdikdə olmaya və ya azala bilər:

  1. Qida düzgün qaydada qəbul olunmalıdır: qida qəbulu zamanı danışmaq olmaz, qəbul edilmiş qida çox çeynənməlidir, beləki, bu zaman mədə-bağırsaq sisteminə hava udulması az baş verir və nəticədə mədə-bağırsaq sistemində əlavə qaz formalaşmır.
  2. Yadda saxlamaq lazımdır ki, paxlakimilər (lobya, paxla) fəsiləsinə aid tərəvəzlər, kələm, təzə tərəvəz və meyvələr, süd məhsulları və təzə bişirilmiş unlu şirniyyat məhsulları qarın quruldaması yarada bilər. Xüsusən də, bu qida məhsullarını sizin üçün həyati vacib sayılan hadisələrdən öncə qəbul etməyin və ya qəbulunu maksimal dərəcədə azaldın. Yeməklərin bişirilməsinə də diqqət etmək lazımdır, misal üçün, paxlakimilər fəsiləsinə aid tərəvəzlər qarın quruldaması verməməsi üçün, bu tərəvəzləri bişirmədən öncə az miqdarda sirkə qatılmış suda bir neçə saat saxlanmalıdır. Bununla da, tərəvəzin tərkibində olan qaz yaradan aktiv maddələr parçalanır.
  3. Tərkibində şəkər əvəzedici qida məhsullarını qəbul etməyin. Şəkər əvəzedicilər demək olar ki, mağazada satılan bütün şirin dadan məhsullarda var: saqqızda, şirniyyatlarda, içkilərdə, souslarda və s. Bu qida məhsullarına qoyulmuş məhduduiyyət qarın quruldamasının qarşısını alır.
  4. İstənilən alkoqollu, qazlaşdırılmış içkilər (limonadlar, qazlı sular, pivə və s.) bağırsaqlarda qazların artmasına bu da öz növbəsində qarın quruldamasına gətirib çıxarır. Ona görə istənilən qazlaşdırılmış, alkoqollu içkilərdən uzaq durmaq lazımdır.
  5. Tərkibində kofein olan içkilər və qida məhsulları da mədə-bağırsaq sistemində qaz yaranma prosesini artırır. Tərkibində kofeinlə zəngin olan içkilərdən ən populyarı kofedir. Qarın quruldamasını azaltmaq üçün qida rasionundan tərkibində kofein olan qida məhsulları çıxartmaq məsləhətdir.
  6. Fiziki hərəkət bağırsaq peristaltikasını artırır bu da, mədə-bağırsaq sistemində qazların toplamasının qarşısını alır və nəticə də qarın quruldaması olmur.
  7. Yuxarıda qeyd olunan qaydalar əməl etməyinizə baxmayaraq yenə də siz də qarın quruldaması dayanmırsa və ya azalmırsa həkim qastroenteroloqa müraciət edin. Beləki qarın quruldaması yuxarıda qeyd etdiyimiz kimi hər hansı bir xəstəliyin əlaməti kimi də biruzə verə bilər.

Həkim qastroenteroloq Dr. Ülvi Maçanov




1 şərh “Qarın quruldamasının qarşısını almaq üçün 7 tövsiyə

  1. Lale

    Menim qarnimda heddinden artiq cox qurultu olur . Aradada agrilar verir . Yuksek sesli qurultular . Neynemeliyem kecsin?

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir