KOMPUTER

Qarşı-qarşıya durduğumuz təhlükə

Baxış sayı: 1. 454

Bəşəriyyətin ən böyük kəşflərindən biri də kompüterlər hesab olunur. İlk kompüterin yaranması 1946-cı ilə təsadüf edir. Böyük inkişaf mərhələrindən keçən kompüterlər 1990-cı illərdən etibarən evlərə girib. Son zamanlar isə həyatımızın əvəzedilməz  hissəsinə çevrilib. Sağlamlığımıza vurduğu zərəri düşünmədən işdə və işdən sonra saatlarla kompüter arxasında zaman keçiririk.

Amerika alimlərinin araşdırmaları zamanı məlum olub ki, kompüter arxasında uzun zaman keçirmək təzyiqin qalxmasına, əsəb sisteminin pozulmasına və hipertoniya xəstəliyinin yaranmasına gətirib çıxarır. Bu, əsasən köhnə kompüterlərdən istifadə zamanı yaranır.

Həkim-nevroloq Lalə Məmmədova bildirir ki, televizor və kompüterin quruluşu eyni texniki prinsiplərə  əsaslanır. Amma insanlar kompüterin ekranı qarşısında oturduqları üçün konlar orqanizm üçün daha çox təhlükəlidir: “Hamı televizoru ən azı 1-2 metr uzaqlıqdan izləyir. Kompüterin isə qarşısında oturur. Bu zaman təkcə rentgen şüalanması deyil, eyni zamanda ultrabənövşəyi şüalanma da baş verir. Ultra bənövşəyi şüalar bütün orqanlara, ən çox isə gözlərə və baş nahiyəsinə zərər vurur. Bu səbəbdən də bu, ümumi yorğunluğa, yuxusuzluğa, narahatlığa, əzginlik, qıcığa qarşı həssaslığın artmasına səbəb ola bilər. Gözlərin qızarması, sulanması, göz ağrıları baş verə, ürək döyüntüləri, bədən temperaturu yüksələ, hər hansı xəstəlik varsa, kəskinləşə, mədədə, ürəkdə ağrılar meydana çıxa bilər. Bundan başqa, təzyiqin enib-qalxması, boyun ağrılarına da rast gəlinir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir