cili sorbasi

Qeyri-adi Çili şorbası – RESEPT

Baxış sayı: 499

Fərqli ölkə yeməklərindən dadmaq istəyirsinizsə Çili mətbəxinə baş çəkin. Çili kulinariyasında balıq və tərəvəzlər üstünlük təşkil edir. Beləliklə, Çili mətbəxinin məşhur acılı lobya şorbasının hazırlanmasını təqdim edirik:

 

Ərzaqlar

  • 400 qr qiymə
  • 600 qr lobya
  • 2 pomidor
  • 1 ədəd bolqar bibəri
  • 1-2 ədəd çili istiotu
  • 2-3 ədəd soğan
  • 5-6 diş sarımsaq
  • 400 ml ət suyu (bulyon)
  • 2-3 x.q. tomat pastası
  • 1 ç.q. üyüdülmiş zirə və razyana
  • sürtgəcdən keçirilmiş pendir – zövqə görə

 

 

 Hazırlanması

Soğanı, bibəri və çili istiotunu doğrayın. Lobyanı qaynadın, aşsüzənə töküb suyunu süzün. Pomidorların üstünə qaynar su töküb, 1 dəqiqə saxlayın, qabığını soyun. Soğan, bibər və sarımsağı qızardın. Bunlar hazır olana yaxın çili istiotunu əlavə edin.

Qiyməni 3-5 dəqiqə, qarışdıra-qarışdıra qovurun. Hazır olana yaxın cirə və razyana əlavə edin. Bir az iri qazana həm qiyməni, həm də qızartdığınız tərəvəzləri qoyun, kubik doğranmış pomidorları, tomat pastası və ət suyunu əlavə edin.

Qarışdırıb ocağın üstünə qoyun, qaynara düşəndən vam odda 25-30 dəqiqə bişirin. Sonra bişmiş lobyanı əlavə edib, daha 5 dəqiqə bişirin.

Süfrəyə verərkən boşqabın dibinə sürtgəcdən keçirilmiş pendir səpin, sonra isə şorbanı tökün. Yanında üzərinə yağ çəkilərək, sürtgəcdən keçirilmiş sarımsaq səpilmiş ağ çörək dilimləri verə bilərsiniz.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir