usaq1

Qeyri-adi sindromlar – Özünüzü burada tapa bilərsiniz

Baxış sayı: 1. 704

Sindrom (yunanca – eyni səviyyədə, uyğun) — ümumi patogenezə malik simptomların məcmusu.

Tibbdə və psixologiyada sindrom termini eyni vaxtda baş verən kliniki aşkar olunmuş simptomların oxşarlığına əsaslanır. Belə ki, xüsusiyyətlərdən biri həkimi digər xüsusiyyətlərin olması barədə xəbərdar edir. Bu termin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur.

Tibb terminologiyasında sindrom yalnız aşkar olunmuş xarakteristikaların məcmusuna aid edilir. Spesifik xəstəlik və ya rahatsızlıq isə əsas səbəb kimi qəbul olunur.

 

Anti-eqo müxalifliyi sindromu

Xüsusilə həyatının böyük bir hissəsini sənətə həsr edən, lakin bu sahədə ciddi bir uğur, yüksəliş əldə edə bilməyən bir çox layihəçi, konstruktor, dizayner və sənətçinin istər istəməz üzləşdikləri psixoloji bir narahatlıqdır.

Bu sindrom nəticəsində peşə həyatında uğursuzluq yaşayan insan cəmiyyət tərəfindən bəyənilən əsərinə belə şübhə ilə yanaşmağa başlayır, onda mənfi cəhətlər axtarır. Bəzi ağır formalarda hətta şəxs cəmiyyət tərəfindən bəyənilən əsərini, əl işini məhv etməyə cəhd göstərə də bilər.

Lakin müasir psixologiya elmi bu sindromu müəyyən kateqoriyalar daxilində araşdırdığı üçün konkret bir tərif verilməyib.

 

Həddən artıq empatiya sindromu

Psixologiyada “başqası bu mövzuda nə düşünər”, ümumi el arasında isə “camaat nə deyər” düşüncəsiylə fərdin həyatında öz seçimlərini etməkdən məhrum olduğu və başqalarının düşüncələrinə əsaslanaraq öz həyatını qurmağı, nizamlamağı ilə müşahidə edilən psixoloji bir narahatlıqdır.

Həddən artıq empati sindromlu şəxs hər addımında özünü qarşısındakının yerinə qoyur. Şəxsin eqoizmi bu zaman minimum səviyyəyə enir. Başqalarını düşünərək addım atdığı üçün belə insanlar bu hərəkətləri ilə rahatlığa qovuşacaqlarını düşünürlər. Bu bir növ öz şəxsiyyətindən imtina edib başqaları üçün yaşamaqdır.

Sindromun səbəbləri: insanın şəxsiyyətinin tam inkişaf edə bilməməsi, özü və gələcəyi haqqında məsuliyyət daşıya biləcək şüurluluq dərəcəsinə çata bilməməsi, cəmiyyət içərisində öz yerini tuta bilməmək, insanlara özünü qəbul etdirə bilməmək, sevilmək ehtiyacı, faydalı olduğunu hiss etmə ehtiyacı, özünə sevgi ehitiyacı.

 

Bazar ertəsi sindromu

Belə sindromu olan insanlar həftənin başlanması ilə əlaqədar yeni iş həftəsini, çətin dərs rejimini və s. düşünərək həftəsonu tətilində dincəlmək əvəzinə özlərinə əzab verirlər. Maraqlıdır ki, ilk iş günündən sonra çətinliklər unudulsa da növbəti həftəsonunda bu hal yenidən təkararlanır.

 

Peter Pan sindromu (Peter Pan kompleksi)

Böyümə qorxusu olan uşaqlarda və yetişkin olduqları halda uşaq kimi davranan insanlarda müşahidə olunan psixoloji narahatlıqdır.

İlk dəfə bu sindrom 1983-cü ildə Dan Kiley adlı psixoanalitik tərəfindən müəyyən olunmuşdur. Adı Ceyms Matthew Barrienin Peter Pan adlı romanından götürülmüşdür. Lakin Peter Pan Sindromu adlı kitabda bu sindrom detalları ilə analiz olunsa da, DSM-IV tərəfindən həqiqi bir xəstəlik kimi qəbul edilmir.

Bu sindrom ən çox yetkinlik yaşında, xüsusilə də insanların sosial vəzifələri yarandığı andan etibarən müşahidə edilir. Ən çox subay insanlarda olur. Dan Kiley bu sindromu uşaq kiçik yaşlarda olarkən ananın onu həddindən artıq sxıması və atanın çəkisizliyi (ailədə hakim mövqedə olmaması) ilə əlaqələndirir.

 

Bu sindrom bir neçə mərhələyə ayrılır:

10-15 yaş arası: Uşaq ətraf mühit ilə əlaqəsini yaşadığı qorxu hissi ucbatından qırmağa çalışır. Öz öhdəliklərindən qaçmağa və tək qalmağa çalışır.

16-22 yaş arası: Eqoizm və kobudluq hiss olunur.

23-25 yaş arası: Həyatdan narazı, bədbəxt və narahat insan təsiri bağışlayır.

26-30 yaş arası: Sindrom inkişaf edir və vəziyyət daha dəhşətli olur.

45 yaşından etibarən: Yenidən uşaq olmağa çalışılır və istənilməyən həyat rejimindən uzaqlaşır.

 

Capgras sindromu: İlk dəfə Capgras tərəfindən öyrənilmişdir. Xəstə ətrafındakı insanların gerçək, həqiqi olmadığına, başqalarının onların yerini tutduğuna inanır. Qadınlarda daha çox müşahidə edilir.

Cotard sindromu: Bu zaman insan davamlı olaraq ölüm, hər şeyin məhv olması (ailəsinin yox olması, ya da köməksiz, çətin bir vəziyyətdə qalması), orqanizminin işləməməsi (hətta orqanlarının çürüməsi) və bu kimi şeylər haqqında düşünür. Depressiyanın ağır formaları və psixoz hallarında müşahidə edilir.

Ganser sindromu: İnsan soruşulan suallara tam yox, amma yaxın cavablar verir. Məsələn, 3*4 sualına 13 cavabını verə bilər. Başın zədələnməsindən sonra, həddindən artıq yorğunluq zamanı, bəzən də şizofreniya xəstələrində müşahidə edili.

Munchausen sindromu: İnsan öz səhhəti, sağlamlığı və sosial yaşam şərtləri ilə bağlı davamlı olaraq səhv məlumatlar verir. Lakin, bunu hər hansı bir maddi qazanc əldə etmək məqsədilə etmir. Müxtəlif xəstələri təqlid edərək əməliyyat olmaq istəyə bilər. Əslində mövcud olmayan şeyləri insanları inandıracaq bir şəkildə ifadə edir, davamlı olaraq yalan danışır. Buna pseudologia fantastica deyilir.

Porto-Rikolu sindromu (döyüşmə xəstəliyi): Şəxsiyyətin narahatlığı, ya da psixoloji şikayətləri (məsələn, paranoid hallüsinasiyalar səbəbiylə ətrafa zərər vermə istəyi)  ilə özünü göstərən, buna görə də qarşısına çıxan hər kəsi vurmaq, döymək istəyi ilə müşahidə olunan bir vəziyyətdir. Davranışın qeyri-impulsivliyi zamanı və bəzi şəxsiyyət pozğunluqlarında özünü göstərir.

Pseudocyesis sindromu: Qadının hamilə olmamasına rəğmən hamiləliyin əlamətlərini hiss edib ( qarın və sinələrdə ağrı, qarının şişməsi və s.) hamilə olduğuna inanması.

Don Juanizm sindromu: Qarşısına çıxan hər kəslə davamlı olaraq cinsi əlaqədə olmaq istəyi, o kəsləri sanki bir əşya yerinə qoyması, tez-tez partnyorunu dəyişdirməsi bu sindromlu insanlara xas xüsusiyyətdir. Qadınlarda bu sindrom nymphomania adlanır.

De-clerembault sinromu: Qadınlarda müşahidə edilir. Özündən daha yüksəkdə duran insanların (yaşca, sosial statusu baxımından və s) ona heyran olduğunu, ona aşiq olduğunu düşünür. Sanrısal pozğunluğun erotomanik tipində müşahidə edilir.

Cain (Qabil) sindromu: Qardaşa qarşı rəqabət, hücum, hətta öldürmək istəyinin olduğu bir durumdur. Qabil və Habil Adəm ilə Həvvanın oğullarıdır. Onlardan biri digərini öldürdüyü üçün buna Qabil sindromu da deyilir.

Herakles sindromu: Atanın uşaqlarından nifrət etməsi ilə müşahidə edilir.

Jocasta sindromu: Ananın oğluna həddindən artıq bağlı olması.

Medea sindromu: Həyat yoldaşından nifrət edən qadının ərindən qısas almaq üçün və açığını çıxmaq üçün uşaqlarını öldürmək istəməsi.

Orestes sindromu: İnsanın anasını öldürmək istəməsi.

Othello sindromu: Pataloji qısqanclıq halıdır. Adını William Shakespeare’in “Othello” adlı əsərindən götürüb. Bu zaman xəstə gerçək olmadığı halda həyat yoldaşının sədaqətsiz olduğuna inanır və bunun üçün davamlı olaraq dəlil axtarar. Gerçəkdə olmayan bu xəyalı aldadılmağın qarşısını almaq üçün həyat yoldaşının həyatını məhdudlaşdırar.

Özgə əl sindromu: Beyin yarımkürələri arasındakı əlaqənin zəifləməsi və ya pozulmasından yaranan bu sindromda, insan əllərindən biri ilə tutduğu əşyanın, cismin şəklini belə dərk edə bilmir.Daha ağır formalarında əllərdən biri tamamilə nəzarətdən çıxır.

Narahat ayaqlar sindromu:  Bu sindromu olan insanlar uzanıb hərəkətsiz qaldıqları zaman ayaqlarında hiss etdikləri, yenə də tam olaraq tərifini verə bilmədikləri bir narahatçılıq hissi keçirdiklərini deyirlər. “Baldırlarım ağrıyır”, “qıçlarıma bir şeylər batır”, “yanır” kimi bir çox şəkildə şikayətlərini təsvir edirlər. Bu hislər istirahət zamanı, hərəkətsiz uzanarkən yaranır və hərəkət edən zaman dərhal yox olur.

Bu narahatlıq yuxusuzluğa və bununla bağlı olaraq yorğunluq, diqqət və konsentrasiyada azalma və şəxsiyyət dəyişikliklərinə səbəb ola bilir.

İstinad sinromu: Bu sindromu olan insanlar ətrafına dözülməz dərəcədə pis bir qoxu yaydığına inanır və buna görə narahatçılıq keçirir. Gerçəkdə var olmayan bir qoxu üçün tez-tez ətrafdakı insanlardan üzr istəyir, dişlərini tez-tez fırçalayaraq və paltarlarını dəyişərək bu qoxudan xilas olmağa çalışırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir