qida borusu

Qida borusu xərçəngi: hansı əlamətlər bunu göstərə bilər?

Baxış sayı: 753

Qida borusuxərçəngi olan bir çox xəstədə boğazına yemək tıxanmış kimi qəribə hisslər olur.

Con Hopkins Tibb Məktəbinin mütəxəssislərinin fikrincə, bu əlamət təhlükəli xəstəliyə işarə edə bilər.

Xəstəliyin digər mümkün əlamətlərinə aşağıdakılar daxildir:

• Udmaqda çətinlik;

• Kefsizliyin ümumi hissi;

• Sinə ağrısı;

• İstənmədən arıqlamaq;

• Qan qusma;

• Davamlı öskürək;

• Boğuq səs;

• Mədə qıcqırması.

Mütəxəssislərin sözlərinə görə, qida borusu xərçənginin inkişafı üçün risk faktorlarına aşağıdakılar daxildir:

• Siqaret çəkmək;

• Alkoqoldan sui-istifadə;

• Xroniki ürək yanması və ya turşu refleksi;

• Qastro-ezofageal reflyuks xəstəliyi (xroniki təkrarlana xəstəlik);

• Axalaziya (aşağı yemək borusunun əzələlərinin nadir rastlanan xəstəliyi).




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir