uz

Qış makiyajında nələri etməməliyik? – İNCƏ MƏQAMLAR

Baxış sayı: 671

Soyuq havalarda təkcə qarderobumuzu deyil, makiyaj və dərimizə baxım tərzimizdə də dəyişiklik etməyə ehtiyacımız var. Bunu nəzərə alıb, sizə qışda gözəl göstərəcək ipuclarını təqdim edirik:

 

Tünd-zoğalı və ya vişnə çürüyü rəngli dodaq boyasından istifadə edin

Gözqamaşdıran görüntüyə sahib olmağın ən gözəl yollarından biri dodaq rənginizlə oynamaqdır. Belə cəsur dodaqla gözlərinizdə ağır makiyaja ehtiyac olmayacaq. Sadəcə tuş və ya laynerdən istifadə edə bilərsiniz.  Çəhrayı rəngli dodaq boyaları isti havalardan istifadə olunur.

Boz və ya dəri rəngli dırnaq boyaları çəkin

Dırnaq boyası makiyajdan daha üstündür və sizing geyiminizlə, taxdığınız aksessuarlarla uyğunluq təşkil etməlidir. Qış fəslində dırnaq boyasında seçəcəyiniz ən gözəl rəng dəri rəngi, boz, qara hətta parıltılı qızılı və ya gümüşü rənglərdir. Daha rəngli tonları isə yaz-yay fəslinə saxlayın.

Gül rəngli, çəhrayı ənlikdən istifadə edin

Qışda yanaqlarınızı qaraldan ənlikdən istifadə etməyin. Çünki tünd rənglər dərinin digər hissələriylə uyğunluq təşkil etməz. Lakin çəhrayı yanaqlar sizə daha təbii və şirin görünüş verəcək.

Mavi rənglərdən istifadə etməyin

Gözlərin makiyajında bənövşəyi və  mavi rənglər dəbə uyğun olduğu düşünülür. Lakin qış aylarında bu keçərli deyil. Rəngli alternativə ehtiyacınız varsa, qızılı rənglərə müraciət etməlisiniz. Əks halda qara rəng ən gözəl seçimdir.

Dərinizi nəm saxlayın

Havalar soyuduqca dərinizi nəm saxlamağa çalışın. Makiyaj etməzdən əvvəl nəmləndirici və günəş kremlərindən istifadə edin. Bu şəkildə üzünüzün qurumasına mane olacaqsınız. Nəm dəri çatlamağın və qabıqlanmanın qarşısını alacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir