masin

Qışda avtomobil sürmək: Miflər və faktlar – ARAŞDIRMA

Baxış sayı: 1. 816

Qış mövsümü gələndə  bir çox sürücülər avtomobilin qışda istifadəsi barədə müxtəlif fikirlərini bölüşürlər. Təssüf ki, bunların çoxu ancaq kimdənsə eşitdikləri və ancaq mif xarakteri daşıyan tövsiyələrdir. Avtomobilsevərlər üçün faktları miflərdən ayıran araşdırma təqdim edirik.

Mif: Qarda və ya buzda  duran avtomobili hərəkətə gətirmək üçün qazın pedalını güclü basmaq lazımdır.


Fakt: Əslində bu cür davranış təkərin altındakı qar, yaxud buzu daha da bərkidə bilər. Bunun əvəzinə  bilmək lazımdır ki, avtomobili hansı təkərlər çəkir: əgər qabaq təkərlər çəkirsə, qabağa, arxa təkərlər çəkirsə, arxaya doğru hərəkət etmək lazımdır.

Mif: Gecə daha sürətlə hərəkət etmək olar. Çünki küçələr sakit olduğundan, qəzaya düşmək ehtimalı azdır.


Fakt: Küçələrdə hərəkət az olsa belə, sürət həddini keçmək olmaz. Çünki  başqa faktorlarla –  pis hava, məhdud görüntü ilə rastlaşa bilərsiniz. Həmçinin narkotik çəkən və içkili vəziyyətdə olan sürücülərin də sayı çoxalır.

Mif: Müasir  avtomobil texnologiyaları, bədbəxt hadisə zamanı insanı xilas edir.


Fakt:  Texnologiya, əlbəttə təhlükəsizliyi artırır. Bununla belə, hər şey sürücüdən asılıdır: pis hava şəraitində avtomobil sürərkən markası nə olursa-olsun ehtiyatlı olmaq lazımdır.

Mif: Avtomobin buz bağlamış ön şüşəsini qaynar su ilə açmaq olar.


Fakt: Heç bir vaxt bunu etməyin. Çünki temperatur dəyişməsindən ön şüşələr çatlaya bilər. Bundansa dükanlarda satılan buz əleyhinə müxtəlif vasitələrdən istifadə edin.

Mif: Avtomobilin yan şüşələrini təhlükəsiz açmaq üçün dükanlarda satılan buz əleyhinə vasitələrdən istifadə etmək lazımdır.

Fakt: Heç bir vasitə şüşənin 100 faiz tez açılacağına zəmanət vermir. Ehtimal ki, məhlul  şüşədəki bütün buzları əritməyəcək və bu da şüşəqaldıranın sınması ilə nəticələnə bilər. Hətta bir gün öncədən şüşə və kənarlarındakı rezinləri buz əleyhinə məhlullarla təmizləsəz belə, mühərriyi işə salan kimi şüşəni açmayın. Bunun üçün maşının işə salandan sonra minimum yarım saat gözləmək lazımdır.

Mif: Qış şinləri ancaq qarı və buzlu yollar üçündür.

Fakt: Əslində  qış şinləri mənfi temperaturlarda istismar üçün təyin olunub. Yay və bütün fəsillər üçün nəzərdə tutulan rezinlərdən fərqli olaraq, qış şinləri şaxtada bərkimirlər. Həmçinin təkərlərin xüsusi protektorları qar və suyu daha yaxşı kənara atır. Bu da yolda ayaz olanda təkərlərin sürüşməməsi və yerə daha bərk «yapışmasına»  gətirir.

Mif: Ön tərəfi çəkən və hər iki tərəfi çəkən avtomobillər üçün zəncir lazım deyil.


Fakt: Fizikanın qanunlarını heç kim dəyişməyib. Avtomobilinizin hansı sistemlə təchiz olunmasından asılı olmayaraq, təkərlərdə olan zəncirlər, yeganə xilas yolu ola bilər. Qeyd edək ki, xüsusi zəncirlər aparıcı təkərlərə bağlanır ki, yoldan bərk «tutsun».

Mif: Qış vaxtı duman əleyhinə və yaxından görmə faraları üçün daha parlaq lampalar alınmalıdır.


Fakt: Əgər qar yağırsa, duman əleyhinə faralar və daha parlaq lampalar qarşı sürücünün gözlərinə düşərək, yolu görməsinə mane ola və onun idarəetməni itirməsinə gətirib çıxara bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir