efsane rusttemova

“Qoxusu üçün darıxdığım biri var” – “NATAMAM”

Baxış sayı: 236

– Darıxmaq çox oğraş hissdir. Bir dünya qərarlar verirsən, özün üçün planlar qurursan, gəlir o an çatır ki tətbiq edəsən, ürəyinin özəyində bir yanğı hiss edirsən və o an başın qeyri-ixtiyari çiynində onun qoxusun axtarır…

– (O belə ifadə edirdi öz darıxmaq duyğusunu.) Salam (gülümsəyirəm), bu gəlişin də darıxdığından yanadır?!

– Bəzən elə hiss edirəm ki, bu an öləcəm. Onun qoxusunu hiss etməsəm, bu an onu qucaqlamasam, dünya dayanacaq. Dayanmır düzdür, bilirəm, amma o anki hissimlə baş edə bilmirəm…

Mən çox üzülürəm belə çarəsiz görünməkdən! Amma nə edim ki baş edə bilmirəm. Mən bilirəm ki, bu xəstəlikli bir münasibətdir. Mən bilirəm ki, bu mənim həyat keyfiyyətimi aşağı salır. Amma baş edə bilmirəm. Mən elə bilirəm ki, əlim-ayağım çatmır. Nəfəsim daralır. Dərsə də diqqətimi cəmləyə bilmirəm. Ailəmə də vaxt ayıra bilmirəm. İşdə problemlər yaşayıram.

Hamsının səbəbi odur ki, beynim ancaq ona məşğuldur. Bilirsiniz bu necə hisdir? Sanki o olsa, ay başqa batacaq, gün başqa doğacaq! Ən azından mənim üçün. Belə yazıq və çarəsiz görünməyin də sıxıntısını yaşayıram əslində. Amma nə etmək olar ki, mən bu duyğularımla baş edə bilmirəm. Sanki hər şeyim var, bircə o çatmır…  Mənim xoşbəxt olmağım üçün çabalasın istəyirəm. Mən də onun bu çabasının alınmaması üçün uğraşım. Beləcə, o mütəmadi bir cəhd içində olsun. Və getmək üçün missiyasını tamamlamamış olsun. O həmişə qalsın, mən istəyən kimi və mən istəyən yerdə. Açığı, etiraf edim ki, hazırda bu duyğumun istinad nöqtəsi yoxdur… Yəni tərəf müqabilim olmadan, tək başıma xəyalını qurduğum duyğum ilə çox kövrək və qırılğan birinə çevrilmişəm. Çünki nə onun mənim varlığımdan, nə də mənim onun kimliyindən xəbərim yoxdur. Amma etiraf edim ki, qoxusu üçün darıxdığım biri var, adını bilməsəm də…

 

Belə…

Bəli, bəzən belə də olur. Əlində imkan olanda aldığın ev-qurduğun şəraiti təqdim etmək üçün kimisə tapmırsan deyə, zamanla da təmiri köhnəlmiş evə heç kəs maraq göstərmir. Unudulan, bu yatırım restovrasiya edilsə, bahalı bir mülkiyyətə çevrilər. Biz isə günlük kirayələrə üstünlük veririk…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir