qrip

Qrip və soyuqdəyməyə qarşı ən yaxşı dərman hansıdır? – ILGINC ARAŞDIRMA

Baxış sayı: 438

Portağal suyundan toyuq şorbasına, sarımsaqdan şəfalı otlara qədər soyuqdəymə və qrip üçün saysız-hesabsız çıxış yolları var. Soyuqdəymə hər kəsin yaxalandığı bir xəstəlik olaraq bəşəri bir özəlliyə sahibdir. Bu xəstəliyə səbəb olan 200-ə yaxın virus, hardasa bir o qədər də dərman kimi təklif edilən müalicə üsulu barədə yəqin ki, eşitmisiz.

Mövzunun aktuallığını nəzərə alıb, müalicə üçün effektli olan bir neçə vasitə barədə məlumatları təqdim edirik.

 

Evdə tətbiq etdiyimiz müalicələrin məqsədi immunitet sistemini gücləndirməkdir. Bədənimizə virus girdiyi zaman iki müdafiə mexanizmi ilə qarşılaşır.
Doğuşdan gələn immunitet sistemi işğalçı virusları bayıra atmaq üçün çalışanda sonradan qazanılmış immunitet də bdənin qarşılaşdığı xəstəlik yaradan bəlli patogenləri hədəf alır və təkrar qarşılaşma halında hazırlıqlı olmaq üzrə xatırladıcı hücyrələr təşkil edir. Su çiçəyi kimi bəzi uşaqlıq xəstəlikləri ilə sadəcə bir dəfə qarşılaşmanın səbəbi budur.

Soyuqdəyməyə səbəb olan virus isə hər bir insandan digərinə keçərkən daimi dəyişir. Xatırlayıcı hüceyrələr bu səbəblə onları tanıya bilmir və dəfələrlə soyuqdəyməyə yaxala bilərik.

Həm həyat tərzi, həm də qidalanma, immunitet sistminin nə qədər güclü olmasına təsir edir. İmmunitet sistemi hər hansı bir vitamin və ya mineral əksiklik olanda axsayır. Bu səbəblə də onsuz da yaxşı bir qidalanma sistmimiz varsa, soyuqdəyməyə qarşı immunitet sistemini gücləndirəcək əlavə qida və vitaminlərin də çox faydası olmayacaq.

Hər hansı bir vitamin, dəmir kimi önəmli bir qida əksikliyi olduğu zaman, əlavə qida və ya vitaminlər yararlı olur. Bəs əlavə istifadə baxımdan vitaminlər, antibiotiklər çıxış yoludurmu? Qida əlavəsinin soyuqdəyməyə faydalı olub-olmamasına dair çalışmalar hər hansı bir qida məhsulu yox, vitamin əlavələri üzərində daha çox fokuslanıb.

 

Sarımsaq

Bir araşdırmada sarımsağın soyuqdəyməyə qarşı qoruyucu təsiri ola biləcəyi sübut edilib. 146 sağlam vətəndaş üzərində aparılan təcrübə zamanı 12 həftə boyunca iştirakçıların yarısına dərman, yarısına isə kapsula şəklində sarımsaq verilib.

İlk qrupda 65 soyuqdəymə halı və 365 gün xəstə gün müəyyənləşib. Sarımsaq əlavəsi alan qrupda 24 soyuqdəymə və 111 xəstə gün müəyyən edilib.

 

C Vitamini

Soyuqdəyməyə qarşı bir çox insanın baş vurduğu yollardan biri də C vitamin qəbul etməkdir. Bəzi araşdırmalarda C vitamininin də faydalı ola biləcəyi, amma bunun zənn edildiyi kimi olmadığı müşahidə edilib.

Bu mövzuda həyata keçirilən 29 araşdırmanın nəticəsində isə qeyd olunub ki, C vitamin əlavəsi soyuqdəymə riskini azaltmır və ya simptomları təsirsiz hala gətirmir.

Amma xəstəlik müddətinin uşaqlarda 14, böyüklərdə isə 8 faiz azaltdığı müşahidə edilib. Tərkibində C vitamin olduğu üçün soyuqdəymə üçün tövsiyyə edilən portağal suyu isə o qədər də işə yaramır. Çünki bir stəkan portağal suyunun içindəki C vitamin, həblərdəkindən çox daha azdır.

 

Plasebo təsiri

Toyuq şorbası və ya portağal suyu kimi xalq arasında soyuqdəymə müalicəsi zamanı istifadə edilən üsulların işə yaraması plasebo təsirinə də bağlı ola bilir. Plasebo dərmanların ağrıdan narahat bağırsaq sindromuna qədər bir çox xəstəlikdə əlamətləri azaldır. Amma bunun nədən qaynaqlandığı bilinmir.

Ekinezya kimi bitki dərmanların soyuqdəyməyə yaxşı təsir etdiyinə inananlarda xəstəlik müddətinin bir az qısaldığı, inanmayanlarda və ya xəbərsiz olaraq ekineziya verilən insanlarda isə hər hansı bir təsirinin olmadığı üzə çıxıb.

Süd baxımdan da eyni məsələ keçərlidir. Soyuqdəymə zamanı içilən südün bəlğəm yaratdığına inananlar süd içəndən sonra bu təsiri hiss etdiklərini deyirlər. Halbuki araşdırmalar bunun doğru olmadığını ortaya qoydu.

 

Genlər vacibdir

Bəzi insanların genləri onları müəyyən xəstəliklərə qarşı daha zəif edə bilir. Bu səbəbdən də generic fərqliliklərin önəmli olduğu qeyd olunur. Bəziləri qrip olduqlarının fərqinə belə varmadıqları halda, bəziləri yataqdan çıxmırlar.

İmmunitet sistmində hər hansı bir problem olmayan bir çox insan üçün soyuqdəyməyə qarşı sarımsaq və vitamin əlavəsi işə yaraya bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir