Radar signal and control on a road

Radarım var: ödəyim yoxsa şikayət edim?

Baxış sayı: 1. 663
Bir çox sürücülərə radar məktubları gəlir. Gəlməyən az sayda sürücü tanıyarıq. Radar sayı isə azalmır əksinə artmağa başlayır. Çünki qayda ilə getmək istəyən də azalmır əksinə artır.Təkcə Bakı şəhərinin ərazisində yüzlərlə kamera var və bu kamera gündə yüzminlərlə şəxsin qayda pozuntusunu avtomatik şəkildə qeydə alır. Əsas qayda pozuntuları : Sürət həddinin aşılması, dayanma-durma qaydalarının pozulması, əks istiqamətə çıxaraq hərəkət etmə. Kameraların qayda pozuntusunun qeydə alınması funksiyaları da günü gündən artır. Məsələn artıq kameralar kəmər taxmayan və ya telefonla danışan sürücüləri də aşkara çıxara bilir. Deyilənə görə tezliklə Bakıda kameralar 20-ə yaxın qayda pozuntusunu eyni anda qeydə ala biləcək.

Alırıq və ödəyirik

Radarın cərimələri poçtla göndərilir. Daha sonra elektron kabinetə yerləşdirilir. Göndərilmiş məktuba etirazınız yoxdursa, 30 gün ərzində cəriməni ödəməlisiniz. İkinci aya keçdikdə bu zaman cərimənin 1 faizi miqdarında gündəlik faiz hesablanır. Sonra isə avtomobilinizin saxlanması haqqında qərar qəbul edilir. Unutmayaq ki, cəriməni 10 faiz endirimlə ödəmək mümkündür. Qərar verildiyi gündən 5 gün ərzində ödəsəniz 10 faiz endirim əldə edəcəksiniz. Bəli məktub çatdırılmasında problem var. DYP “Azərpoçt”dan ,”Azərpoçt” isə DYP-dən şikayət edir. Ona görə dəfələrlə e-xidmet.mia.gov.az saytında və ya asanpay.az saytında qeydiyyatdan keçmək məsləhətdir. O zaman radar haqqında dərhal məlumat əldə edəcək və hətta məktubu gözləmədən belə onlıine ödəniş edə biləcəksiniz. Amma sonuncu məcburi deyil.

Razı qalmayanlar üçün

Əgər sizə göndərilmiş radarda səhv varsa (məsələn başqasının avtomobili) və siz qayda pozuntusunu etmədiyinizə əminsinizsə  mütləq bu radardan şikayət edin. Şikayət ərzinələrinin formaları saytımızdan burada yükləyə bilərsiniz.

Həmçinin qaydalara əsasən sizə radar gələndə mütləq onun foto görüntüsü göndərilməlidir. Şikayət ərizəsinə həmin görüntünün surətini əlavə etməyi unutmayın.

Qanuna əsasən cərimə adətən avtomobilin sahibinə və ya etibarnamə verilmiş sonuncu şəxsə göndərilir. Ona görə sizə məktub gəldikdə 10 gün ərzində avtomobilin sizdə olmadığını mütləq bildirin. Bəzən olur ki, sürücü belə deyir : “Mən bilmirəm kimdədir. Gedin özünüz tapın” .Avtomobil sizindirsə və siz onu məsələn əminiz oğluna vermisinizsə,mütləq bu barədə məlumat verin. Belə halda siz sürmədiyinizi isbatlamalısınız.

Bəzən MMX və ya kamera görüntüləri alqı-satqı müqaviləsi bağladıqdan sonra gəlir (etibarnamə ilə qarışdırmayın). Çünki sürücü avtomobil aldıqda nömrəni dəyişmir və bu zaman mmx onun ünvanına gəlir. Bu zaman şikayət edəndə avtomobilin texniki passportunda olan yenilənmiş məlumatı da məktuba əlavə edin. İstənilən halda şikayət etdiyiniz zaman bunun nə qədər əsaslı olmasına diqqət edin. Məsələn bir var : şəkildə sizin avtomobil deyil, ya da tarix və yer üst üstə düşmür , o zaman protokolun ləğvi ilə bağlı şanslar var. Amma nişanı görmədim, xətt deyəsən yox idi, svetoforun qarşısını avtobus kəsmişdi bəhanələri edəcəksinizsə, o zaman protokolun ləğvindən söhbət belə gedə bilməz.

Ona görə şikayətə xərclədiyiniz məbləğ (yanacaq, iş vaxtından ayrılma, internet haqqı və s) ödəyəcəyiniz məbləğdən çox ola bilər.

Şikayəti necə edim?

Vahid forma yoxdur .Amma tərkib eynidir. Məsələn saytımızın Əlaqə bölməsindən istənilən hal üçün şikayət ərizəsinin forması vardır. Rahatlıqla istifadə edə bilərsiniz.

Şikayət məktubunda mütləq bunlar göstərilməlidir:

— Hara göndərilir

— Kimdən göndərilir

— Hansı qırardan şikayət edilir (MMX nömrəsi və məktubun nömrəsi)

— Hansı əsasla ləğv edilir.

Şikayət məktubunda ətraflı olaraq nə üçün qərarın ləğv edilməsini izah edin. Bu zaman qanunun müvafiq maddələrini göstərmək mütləqdir. Məsələn sizə sürət həddini aşmaq ittihamı irəli sürülübsə və sizin videoregistrator varsa və orada GPS-lə sürət göstərilirsə o zaman həmin görünütünü mqtləq məktuba əlavə edin. Üstəgəl Əlavə olaraq iki radar olan məsafəni və iki radar arasında qət edilən vaxtını bölmıəklə də sizin sürətinizin tapılması mümkündür. Və ya zolağı tapdalamaqla bağlı ittiham varsa, o zaman mütləq videoregistratorun göstəricisini təqdim edin. DYP-də olan görüntülərlə yoxlanılsın. Şikayət məktubuna sizə göndərilmiş qərarın surətini əlavə etməyi unutmayın.

Şikayəti hara göndərmək lazımdır?

Qanun sürücüyə şikayəti hara yollamaq lazımdır o barədə məlumat verir. Şikayət məktubu sizə yollamış orqanın tabe olduğu Baş Dövlət Yol Polis idarəsinin rəisinə yönləndirilməlidir. Və ya qeydiyyatda olduğunuz rayonun məhkəməsinə. DYP-də baxmasalar, məhkəmədə mütləq şikayətinizə baxacaqlar. Yeri gəlmişkən DYP tərəfindən göndərilmiş qərardan 10 gün ərzində məhkəməyə müraciət edin. Çünki bu qərardan 10 gün ərzində DYP şikayət edib sonrakı qərarı gözləsəniz vaxtınızı itirmiş olacaqsınız. Və daha sonra məhkəməyə müraciət etmə müddəti ötürüləcək. Günahsızlığınıza əminsinizsə və məktubda ətraflı olaraq sübutlarınız göstərmisinizsə, məktubda işə sizsiz baxılmasını istəyə bilərsiniz. Əgər siz yanacaq xərcləyib DYP idarəsinə baş çəkmək istəmirsinizsə, belə edə bilərsiniz. Həmçinin daha asan bir üsulu isə elektron məktubla dyp-ə müraciətdir. Bu zaman siz yalınız internetə xərc çəkəcəksiniz.

Şikayət və baxılma müddəti

Qeyd etdiyimiz kimi, şikayət 10 gün ərzində verilməlidir. Həmçinin məktub gec gəldikdə belə qorxulu bir şey yoxdur. Şikayət etmə müddətinin ötürülmə vaxtının əsasını məktubun gec göndərilməsi göstərsəniz məhkəmə bunu qəbul edəcək.

DYP-də şikayət ərizəsinə 15 gün ərzində baxılmalıdır. Araşdırma tələb edən müraciətlərin müddəti isə 30 gündür.   Məhkəmədə isə bu müddət maksimum 2 aydır. Amma məhkəmələrdə daha tez baxılma halları çoxluq təşkil edir. Lakin birdə görürsən DYP siz məhkəməyə şikayət etməyinizə baxmayaraq cəriməni  sistemə vurur. Bu qanun pozuntusudur. Şikayət edilmiş qərarın sistemə vurulması düzgün deyil. Bu zaman məhkəmədə sistemdən çıxarılması haqqında əlavə iddia qaldıra bilərsiniz. Əgər DYP inspektoru qayda pozuntusunun rəsmiləşdirilməsi ilə bağlı kiçik bir səhvə yol veribsə və ya cavabdeh şəxs kimi məhkəməyə gəlmirsə protokol ləğv edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir