robot

Robotlar əmək bazarını alt-üst etməyə hazırlaşır

Baxış sayı: 1. 276

Sənaye sektorunda hər 1 000 nəfər işçiyə 1 ədəd robotun artması ölkədə əmək haqlarını 0,25-0,5%, iqtisadi aktiv əhalinin sayını isə 0,18-0,34% azaldır. “Gencaile.az” “Kommersant” qəzetinə istinmadən xəbər verir ki, bu barədə ABŞ-ın məşhur Massaçusets Universitetinin iqtisadçı-alimi Daron Acemoğlu və Yel Universitetinin iqtisadçı-alimi Paskal Resperonun hazırladıqları “Robotlar və ABŞ-da əmək bazarı” adlı araşdırmada qeyd olunub. Onlar ABŞ-da robotlaşma prosesinin Avrozonadan geri qaldığını bildiriblər. Araşdırmada 1997-2016-cı illər ərzində avtomatlaşdırmanın əmək bazarına təsiri məsələləri əhatə olunub.

Beynəlxalq Robotlaşma Federasiyasının (IFR) hesabatına görə, hazırda dünyada 1,15-1,17 mln. sənaye robotu çalışır. Onlardan 39%-i avtomobil, 19%-i elektronika, 9%-i isə metallurgiya və kimya sənayesində fəaliyyət göstərir. Araşdırmada bildirilir ki, 1993-cü ildən bu günədək ABŞ-da robotlar 360-670 min nəfərin işini əlindən alıblar. İqtisadçı-alimlər hesab edirlər ki, robotlar əmək haqlarının artmasına mane olur. 2025-ci ilə qədər robotlaşmanın real əmək haqlarında artımı 1,3-2,6% azaldacağı ehtimal edilir. Daron və Paskala görə, avtomatlaşma prosesi Avrozona ölkələrinə daha çox təsir edəcək. OECD ölkələrindən Almaniya və Avstriyanın əmək bazarı daha çox təhlükəyə məruz qaldığı halda, Cənubi Koreyaya təsir minimal olacaq.

OECD hesabatına əsasən, yaxın 20 ildə robotlaşma prosesinin sürətlənməsi iş yerləri ixtisarının 9%-ə çatmasına, hər bir yeni robotun isə 6,2 işçini əvəz etməsinə səbəb olacaq.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir