menzil

Şəhərin mərkəzində olan evlər ucuzlaşıb? – EKSPERT RƏYİ

Baxış sayı: 316

“2023-cü il Azərbaycanda əmlak bazarı bir çox yenilikləri ilə yaddaşlarda qaldı. Bu yeniliklərdən sənədsiz evlərə qeydiyyatın olunmaması və kommunal çıxışlarının qadağan olunması kimi yeniliklərlə xatırlanacaq”. Bu sözləri daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyir.

Anar Nesirov

Anar Nəsirov sözlərinə görə, bu bundan başqa 2023-cü il qiymətlərin artması və kirayə mənzillərə təlabatın artımı kimi xatırlanır: “Bu il başqa illərlə müqayisədə yay aylarında daha çox mənzillərin alqı-satqısının baş tutduğunu müşahidə etdim. Belə ki, ipoteka şərtlərinin yumşaldılması və daha əlçatan olması Azərbaycan əmlak bazarına xüsusi ilə paytaxt Bakı şəhərinə və ətraf qəsəbələrə daha çox təsiri oldu. Alqı-satqısı baş tutduğu razılaşmaların 75%-i Bakı şəhəri və ətraf qəsəbələrin payına düşür. Bu baxımdan daha çox tələbat Bakı şəhərinə olduğu üçün qiymətlərdə artım qeydə alındı.2023 cü il ən bahalı mənzillər Nəsimi, Səbail və Nərimanov ərazilərində qeydə alındı. Əgər hazırki qiymətlərə nəzər salsaq görərik ki, adlarını qeyd etdiyim rayonlarda yeni tikilmiş binalarda təmirsiz “podmayak”mənzillərin 1 kvadrat metri 2100- 2500 AZN arasında yerləşdiyi yerə görə dəyişir.Sovetlər dövründə isə tikilən köhnə bina evləri layihəsinə, mərtəbəsinə və yerləşdiyi əraziyə görə dəyişir. Belə ki, şəhərin mərkəzi hissələrində 1 otaqlı xruşofqa layihəli evin qiyməti 95000 AZN-dan başlayaraq daha yuxarılara doğru təklif edilir. 2 otaqlı xruşofqa layihəli mənzillər isə 135000 AZN-dan başlayan qiymətlərlə təklif edilir və layihəsinə görə qiymətlər daha yuxarı təklif edilir.Yeni tikilən binaların satışı kvadrat metrlə hesablansa da köhnə binaların satışı otaq hesabına və mənzilin layihəsinə görə təyin edilir. Belə ki, hər layihənin öz qiyməti var və köhnə bina evlərində ən bahalı layihə arxitekturnu və stalinkadır. Bundan sonra isə leninqrad və ekisprimentalnı layihələrdə tikilmiş binalardır. Düzdür qiymət təyin edilərək əsas kimi mənzilin yerləşdiyi yer nəzərə alınır ancaq eyni yerdə yerləşən bu mənzillərin qiymətləri təyin olunarkən əsəs kimi layihəsi və yerləşdiyi mərtəbəsi götürülür.Bu il daha çox qiymət artımı və çox təlabat olan yerlər şəhərin mərkəzi hissələri oldu. Buna misal kimi Nəsimi, Nərimanov və Səbail rayonlarının mərkəzi hissələrini qeyd etmək olar.”

menzil -qiymet

Ekspert deyir ki, cari ildə təlabat daha çox ipotekaya və yararlı mənzillər oldu: “Bu il dəyəri 300 000 AZN qədər olan və ipotekaya yararlı və sənədi çıxarış olan mənzillərə daha çox təlabat oldu. Belə ki, bu tipli mənzillərin qiymətlərində daha çox artım qeydə alındı. İstər sovetlər dövründə istərsə də yeni tikilən binalarda bu il ipotekaya yararlı mənzillərin alqı- satqısında və qiymətlərin artımı daha çox qeydə alındı. Bu qiymət artımı təkcə Bakı şəhərinin mərkəzi hissələrində yox ətraf qəsəbələrə və şəhərin kənar hissələrində də qeydə alındı. Amma mərkəzi hissələrə baxım daha az oldu.Qiymətlərin belə artması aşağı təbəqəli alıcıları daha çox şəhərin kənar hissələrində əmlak almağa məcbur etdi. Buna görə şəhərdə ev almağa imkanı olmayan alıcılar daha çox Xırdalan, Masazır, Hövsan və Binəqədinin kənar hissələrinə üz tutdular. Bu baxımdan bu yerlərdə də bu il üçün alqı-satqı və əmlak bazarı daha yaxşı oldu. Belə ki, şəhərin mərkəzində əmlakını satmış müştəri 2 ev almaq, və yaxud biraz pul saxlayıb qalanını özünə ev almaq üçün məcburi qaydada bu yerlərdə ev almaq üçün yönəldilər.”

menzil

Mütəxəssis sonuna yaxınlaşdığımız ilin əmlak bazarı üçün uğurlu olmasından da bəhs etdi: “Bir mütəxəssis kimi bunu qeyd edə bilərəm ki, 2023 ci il Azərbaycan əmlak bazarı üçün pis il olmadı və keçmiş illərlə müqayisədə daha çox adam mənzil sahibi oldu. Buna əsas səbəb kimi ipoteka ilə mənzil alanların sayında ciddi artımın olmasıdır. Şəhərin kənar hissələrində istənilən alıcı üçün mənzillər təklif olunmaqdadır. Belə ki, dəyəri 30000 AZN-dən başlayan gettikcə yuxarı qalxan həyət evləri var. Bu qiymətlərə həyət evlərinin olması aşağı gəliri olan alıcıların maraqlarına səbəb olur və onlar elə evlərə sahib olmaq üçün yuxarıda qeyd ettiyim yerlərə mənzil almaq üçün üz tuturlar.Ümumilikdə götürsək yeni bina evləri və sovetlər dövrüdə tikilmiş binalarda həmin ərazilərdə şəhərə nisbətən çox ucuzdur. şəhərdə bir mənzil aldıgın pula həmin yerlərdə 2 mənzil sahibi olmaq olar. Ona görə az gəlirli alıcılar daha çox Xırdalan, Masazır, Hövsan və Binəqədinin kənar hissələrinə üz tutur.Oktyabr ayının 1- dən qüvvəyə minən yeni qərarla çıxarışı olmayan evlərə komunalların verilməməsi, həmin ucuz mənzil bazarına da təsir edəcək və həmin ucuz evlərin də qiymətlərinin qalxmasına səbəb olacaq. Belə ki, su, qaz, işığı olan həyət evləri əvvələr çıxarışsız evlərdən çox ucuz idisə, indi həmin həyət evləri də çıxarışlı mənzillərlə eyni qiymətə təklif ediləcək. Çünki həmin mənzillərdə komunal xidmətlər var. Yəni əlavə çətinliklər olmayacaq. Bu ucuz evlərin qiymətlərində həmdə ona görə artım olacaq ki, yeni evlər bazara çıxmayacaq çünki sənədsiz ev tikmək və ona kommunal xidmətlərə qoşulmaq olmayacaq. Bu da öz növbəsində təlabatın və qiymətlərin artmasına səbəb olacaq”.

 

Ayşən Vəli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir