semeni halvasi

Səməni halvasının necə hazırlanmalı? – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 2. 672

Novruzun ən gözəl atributlarından olan səmənidən müxtəlif təamlar, dekorasiyalar hazırlana bilir. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikamızda səməni halvasın hazırlanması üsulunu təqdim edirik.

Ərzaqlar

Cücərdilmiş buğdanın suyu – 1 litr

Un – 2 kq

Kərə yağı – 400 qr

Qoz – 300 qr

Tut doşabı – 3 stəkan

Mixək, darçın, istiot  – zövqə görə

Hazırlanması 

Buğda 2-3 gün ərzində cücərdilməlidir. O cücərən kimi (yaşıl rəng almamış)  onu mətbəx kombaynında çəkib suyunu tənziflə sıxın. Sıxılmış buğda suyunu 3/1 hissəsi qalana kimi sobanın üzərinə qoyub hərdən bir qarışdıraraq qaynadın. Odun üzərindən götürüb qarışdıra-qarışdıra yağla unu əlavə edin. 1,5- 2 saat ərzində alçaq odda qarışdıraraq bişirin ki, altı yanmasın. Tam qızılı rəng almamış qozla ədviyyatı da əlavə edib 10 dəqiqə bişirin. Qızılı rəng aldıqda doşabı da əlavə edib yenə 10 dəqiqə bişirin. Odun üzərindən götürüb bir az soyudun ki, əlinizi yandırmasın. Sonra yastı küftələr şəklində yumrulayıb ortasına bütöv qoz ləpəsi qoyun. Tam soyuduqdan sonra isə servis edə bilərsiniz.

Qeyd edək ki, cücərdilmiş buğda suyundan hazırlanmış halva çox dadlı olur.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir