sufre

Səhərlər bu iki qidanı mütləq YEYİN

Baxış sayı: 442

Səhər yeməyi hər bir insanın sağlamlığında önəmli rola malikdir. Səhər yeməyi qanda şəkəri və xolesterini təmizləyir, toxluq hissi və piylənmədən qoruyur.

Bəs, səhər yeməyində ən vacib hansı qidanı qəbul etməliyik?

Avropa dietoloqları səhər yeməyi üçün vacib olan ən vacib 2 qidanı açıqlayıb.

Onlar səhərlər kəsmik və yumurta yeməyi vacib hesab edirlər:

“Zülal orqanizm üçün əsas komponentdir. Səhərdən günortaya kimi toxluq hiss etmək üçün hər səhər kəsmik və yumurta yeyin. Kəsmik sıfır yağlılıqda olmamalıdır. Bir orta yumurta orqanizmə sutkalıq zülal tələbatının 25 faizini verir.

Kəsmik isə 15 faiz zülal verir. Kəsmiyi meyvə, tərəvəz, giləmeyvələrlə qarışdırıb, səhər lif də qəbul edə bilərsiz.

Zülalla zəngin 3-cü qida yoqurt ola bilər. Onda 20 qram zülal var. Amma o təbii, qatqısız olmalıdır. 2 dilim də tam taxıldan qara çörəklə səhər yeməyinə bunları qəbul etmək yetərlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir