Leyla Huseynzade

Şəxsiyyətin formalaşmasında ailənin psixoloji rolu

Baxış sayı: 2. 510

“Sən ən yaxın 5 dostunun ədədi ortasısan”. Bu yazıya məhz bu deyim ilə başlamaq daha məqədə uyğun olar. Niyə? Çünki bir şəxsiyyətin xarakterikası, ümumi düşüncəsi, maraqları və hətta psixologiyası belə yaxın bildiyi adamlarla aşağı-yuxarı eyni olur. Məsələn, bir həkimin ən yaxın dostları tibb sahəsində çalışan biriləri, biznesmenin yaxın bildikləri isə biznesmenlər olur. “4 yaxın dostun varlıdırsa, 5-ci varlı sən olarsan, 4 yaxın dostun isə avarədirsə, 5-ci avarə sən olarsan”,“uşaq evin aynasıdır” və s. Bu deyimlər əslində cəmiyyət psixologiyasının insana necə də güclü təsir etdiyini bir daha sübut etmiş olur.

Şəxsiyyət anlayışına aydınlıq gətirsək, şəxsiyyət – fərdin davamlı fiziki və psixi xarakteristikasının məcmusudur. Bunu formalaşdıran əsaslardan birincisi də cəmiyyətdir. Qeyd edilməsi zəruridir ki, insan dünyaya göz açdığında ilk sosial olduğu cəmiyyət də məhz ailədir. Buna görə də, şəxsiyyətin formalaşmasında ailənin birinci üzvləri ilə yanaşı (ata, ana, bacı, qardaş) ikinci və üçüncü dərəcəli üzvləri (baba, nənə, əmi, dayı, xala, bibi və s.) də iştirak edir. Bir insan evdə gözünü açandan bu yana ailə üzvlərindən hər hansısa birini kitab oxuyan görərsə,  zamanı gəldikdə özü də şüuraltının təsiri ilə kitab oxumağa başlayacaq, bir insan ailə üzvünün pis vərdişlərlə məşğul olduğunu görərsə, formalaşmamış düşüncə tərzi bu pis vərdişləri düzmüş kimi qəbul edəcək və nəticədə həmin şəxsdə bunu etmiş olacaq. Həmçinin uşaqlar hər zaman valideyinlərini özlərinə ideal şəxs bilib davranışları təkrarlayırlar. Bu təkcə uşaq yaşlarında yox, yetkin yaşlarda da özünü göstərir.

Leyla Huseynzade

Yuxardakı yanaşmanı sübut edəcək bir yanaşma adı qeyd etmək yerinə düşər. Arizona Dövlət Universitetinin professoru Robert B. Cialdini’nin Sosial Sübut yanaşması bunu təsdiq edir. Sosial sübut yanaşmasına görə insanlar bir şeyin düz olub və ya yanlış olub olmadığını bilmədiklərində və ya əmin olmadıqda başqalarının davranışlarını özlərində düzmüş kimi qəbul edirlər. Bilirəm bir az qarışıq oldu, amma narahat olmayın, mən indi bunu misal çəkərək sizin üçün aydınlaşdırıram. Məsələn, alış-veriş etdikdə “hamının aldığı məshul”, ”best seller kitab” və s. sloganlar məhz sosial sübutdur. Yəni, başqa insanlar alıblarsa, deməli bu yaxşıdır və ya düzdür. Həmçinin e-ticarətdə də müştərilərin nişan dəyərləndirməsi verərək rəy yazmaları da buna aiddir. Şəxsiyyət də formalaşma mərhələsində ailədəki psixoloji duruma görə formalaşır. Əgər bir ailə spirtli içkiyə müsbət yanaşırsa, şəxsiyyəti formalaşmaqda olan şəxs də bunu normal, düzgün və yaxşıymış kimi qəbul edəcəkdir. Əgər bir ailə üzvlərinin xarekterikası ağır təbiətli, deyib-gülməyi xoşlamayan, heç kimlə əlaqə qurmayan və el arasında soyuq xarakterlidirsə  o zaman bu şəxsiyyəti formalaşan insana da təsirsiz ötüşməyəcək. Həmçinin bu misalın əksi, bu cür uzun-uzadı davam etmək olar.

Gəlin tarixə nəzər salaq, böyük şəxsiyyətlərin ailələrini analiz edək. Məsələn, yəhudi əsilli Stefan Zweig dünyaca məşhur roman yazıçılarından, müasir dünya klassiklərindən sayılırdı. Eyni zamanda doktorant statusuna malik alim idi. Atası tekstil ixracatı ilə məşğul olan, anası isə bank sahibinin qızı idi və hər iki ailə ziyalı sayılırdı. Üstəlik, ailəsinin digər dərəcəli üzvləri də kifayət qədər oxumuş, savadlı şəxslər idi. Bundan başqa, Azərbaycanın dünyaca tanınmış fəxri alimi Lütfi Zadə. “Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın ailəsində dünyaya gəlib. Lütfinin atası Rəhim Ələsgərzadə İranın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açıb”. Bu qeydlərdəndə göründüyü kimi ailənin şəxsiyyət formalaşmağında necə güclü təsirə malik olduğunu bir daha sübut etmiş olur. Başqa bir misal isə müzakirələrə açıq və istisna sayıla biləcək şəxsin həyatıdır. Söhbət Franz Kafkadan gedir. Atası ilə arası yaxşı olmayan, lakin özünə hər zaman ideal seçdiyi şəxs kimi davransa da, heç vaxt atası kimi ola bilməmişdi və bunu heç çəkinmədən kitablarında da qeyd etmişdi. Lakin xarakter baxımından qorxaq, alçaq-könüllü və s. kimi xüsusiyyətləri olmuşdur. Özünün “Atama məktub” yazısında qeyd etdiyi kimi bu xarakterinin formalaşmasında atasını günahlandırması və günahlandırdıqdan sonra qorxub üzr istəməsini vurğulamaq yerinə düşər. Dünyaya gəldiyi ailəyə isə nəzər salsaq, atası yəhudi əsilli qəssab, anası isə atası ilə müqayisədə daha çox oxumuş və savadlı birisi olaraq, varlı tacir qızı idi.Məktubunda, atası olduqca basqın, təzyiq göstərən biri kimi xarekterizə edilsə də, anası bunun tam əksiymiş kimi təsvir edilir. Buna görə də, atası ilə vaxt keçirmək yerinə, anası ilə daha çox vaxt keçirməyi hər zaman üstün tuturdu, lakin atası buna qarşı idi. Bu da, Kafkanın daha çox “ƏZİK” xarakterinin olmasına gətirib çıxardıb. Lakin nəticə etibarı ilə, ölümündən sonra da olsa, dahi şəxsiyyət kimi tarixə düşmüşdür. Ataya məktub yazısı atası tərəfindən oxunmasına qarşı idi, çünki qorxur, utanırdı. Öldükdən sonra bu əsərlər işıq üzü görmüşdür.

Ümumiləşdirsək, güclü şəxsiyyətlər formalaşdırmaq üçün, güclü cəmiyyət və güclü ailələr olmalıdır.

 

Psixoloq Leyla Hüseynzadə




1 şərh “Şəxsiyyətin formalaşmasında ailənin psixoloji rolu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir