saç

Saç qripi nədir?

Baxış sayı: 3. 966

Nədənsə qrip dedikdə insanın ağlına hava-damcı yolu ilə sürətli bir şəkildə yayılan virus infeksiyası düşür. Müalicə olunmadıqda, bədəni qorumadıqda ağır fəsadlar buraxaraq gedən qripin hanı şəraitdə, hansı dərmanlarla müalicə almasının vacib olduğunu da bilməyən yoxdur.

Bəzən insan bədənindəki hər hansı bir dəyişimi normal hal olaraq qəbul edir. Halbuki, sadəcə bədənin deyil, hətta saçın ayrı-ayrılıqda qrip olma ehtimalını bilən çox az insan tapılar. Saç qripi bu gün dünyada hər 10 insandan 5-nin bəlasıdır.

Saç qripi ümumi anlayışdır. Çoxumuz saçı yuduqdan sonra qurutmağa tənbəllik edirik. Yuyulduqdan sonra dəsmalla xəfif qurudulan saçlar havanın təsiri ilə tam qurumalıdır. Bizlər isə saçımızı əksinə, yığaraq qurutmağa daha çox meyl edirik. Məsələ sadəcə saçları təmizləməklə bitmir. Tamamilə, üstəlik qısa zamanda qurumasını təmin etmək də vacib şərtlər arasındadır.

Saç qripi xüsusən qadınlar arasında geniş yayılıb. Buna səbəb qadınların saçlarının daha sıx və uzun olmasıdır. Yuduqdan sonra tamamilə qurumasını gözləmədən saçları yığmaq, bu cür yatmaq, 5 saatdan çox saç diblərinin nəm qalmasına imkan yaratmaq sonda saçların diblərinin iynələnməsi, tüklərin kövrəkləşməsi, qopması, dərinin avazımasına səbəb olur. Saç dərisində daimi olaraq qaşınma və yanma hissi artıq saçlarda bu problemin az-az inkişaf etməsinin göstəricisidir.

Həkim-trixoloq Lola Məmmədyarovanın sözlərinə görə, saç tökülmələrinin səbəbləri arasında ən geniş yayılmışı saçlara düzgün qulluq göstərilməməsidir. Yuyulan saçlar ən qısa zamanda hava ilə qurudulmalıdır. Uzun müddət nəm qalan saçın codlaşması, dərinin nəm səviyyəsinin yüksək olması, qaşınma, qızarma, iy yaranmasına səbəb olur: “Qurutma əməliyyatı vacib prosedurlardandır. Bəzən xanımlar vaxt azlığından və ya qarışıq saç forması əldə etmək üçün saçları qurutmaqdan imtina edir. Sağlam saç əldə etmək üçün yuyulduqdan 20 dəqiqə sonrayadək saçlar 80% qurudulmalıdır. Bəzən nəm saçlar bu gündən sabaha da yığılı olduğu üçün qala bilir. Bu isə saç dərisinin tamlığının pozulmasına, tük diblərinin zəifləməsinə səbəb olur. Saçlar təbii halda özü qurumalıdır. Əgər saç uzun və sıxdırsa, qısa zamanda quruması mümkün deyilsə, fen ilə yandırmadan zəif küləklə qurulamaq vacibdir”.

Nəm saçların yaratdığı xoşagəlməz haldan danışan trixoloq deyir ki, saç qripi adlı bir xəstəlik mövcuddur və bu gün qadınların saçlara qulluq tərzi bu problemin saçlarda baş qaldırması üçün əla şərait yaradır. Nəm qalan saçlar, bu saçları sıx bağlamaq, hörmək, müxtəlif formaverici vasitələrdən istifadə saç qripinin yaranmasını daha da tezləşdirir: “İsti yay günlərində belə tərləyən saç diblərini salfetlə qurulamaq, suyunu almaq lazımdır. Uzun müddət nəm qalan dəridə saç dibləri, saçın kökləri enəlməyə başlayır və ani, sürətli saç tökülməsi yaranır. Qızlar saçlarını olduqca sıx yığırlar. Hətta, “Afrika hörüyü” adlandırılan ağır hörüklər belə saçların zədələnməsinə səbəb olur. Sıx yığılan saçlarda saç dərisi nəfəs ala bilmir və nəmləşmə başlayır. Bu da saç diblərinin islaq qalmasına səbəb olur. Yyay aylarında saçların tərləmədən, qış aylarında isə gec qurumadan qorunması çox vacibdir. Tökülməməsi, sağlam və möhkəm olması üçün saçlar təmiz yuyulmalı, havada mümkün qədər tez qurudulmalı və xəfif yığılmalıdır”.

Tibbdə saç qripi xəstəlik hesab olunmur. Bu səbəbdən saç qripinin dəqiq müalicəsi də qeyd edilmir. Lakin həkimlər belə düşünür ki, saçların nəm çoxluğundan strukturunun pozulması xəstəlik hesab olunmasa belə ciddi haldır və mütləq qarşısı alınmalıdır. Yoxsa ən qısa zamanda saç tökülməsi başlayacaq və bunun qarşısını almaq mümkün olmayacaq. Saç tökülməsində ekozogen və endogen faktorların rolu var. Genetik faktorlar və maddələr mübadiləsinin pozulması nəticəsində də saç tökülməsi müşahidə edilir. Kənar faktorlar sırasına uzun müddət kompüter qarşısında işləmək, kondinsionerli otaqda oturmağı qeyd edə bilərik.

Saçların qısa zamanda necə qurudulmasına gəlincə isə, qeyd edək ki, saçları islaq halında daramaq onların zədələnməsi üçün kifayətdir. Daramadan qurutmaq isə dolaşıq yaratdğı üçün sonradan daramalar, qırılmalar əmələ gətirir. Bu səbəbdən saçlar islaq ikən iridişli daraqla daranaraq yüngül fen havası ilə qurudulmalıdır. Yayda isə fendən istifadə etməyərək saçların özünün qurumasına şərait yaratmaq lazımdır. Bunun üçün islaq olan saçlar yığılmamalı və tez-tez daranaraq aralarına hava girməsini təmin etmək lazımdır. Qeyd edək ki, islaq saçlar nəinki saç dərisinin strukturunun pozulub saçların tökülməsinə səbəb olur, eyni zamanda baş ağrıları və boyun tutulmalarını da yaradır.

 

Günay Ramizqızı




1 şərh “Saç qripi nədir?

  1. Dr.Aytekin Quliyeva

    Sac tokulmesinin effektiv mualicesi hekim trixoloq Dr.Aytekin Quliyeva terefinden heyata kecirilir.Unvan Gomruk Hospitali,Ayan klinikasi Tel:070 629 51 04

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir