GEYIM

Şalvar geyinməyi sevən xanımlara DƏB MƏSLƏHƏTİ

Baxış sayı: 452

Moda heç vaxt bir yerdə dayanmır. Dünənki tendensiyalar sürətlə anti-trendlərə çevrilir və bəyənmədiyimiz geyimlər yenidən moda arenasına çıxır. Hər mövsüm qarderobumuzu yeniləmək isə baha başa gəlir. Bu baxımdan qarderobda aktuallığını itirməyəcək paltarların olması vacibdir. Buraya xüsusilə yun pencək, ağ pambıq köynək, kaşmir jaket və təbii ki, keyfiyyətli şalvarlar daxil edilir.

Stilistlər qara klassik şalvarı istənilən mövsüm geyinə biləcəyiniz bir model hesab edir.

GEYIM 1

Bu şalvarların əsas fərqləndirici xüsusiyyəti düz kəsimidir. Bud və ayaq biləklərində onların eni fərqlənməməlidir. Enlibalaq şalvar əlbəttə ki, ayaqları vizual olaraq uzun göstərmək üçün gözəl seçimdir, lakin bir neçə mövsümdən sonra onlar da əhəmiyyətini itirir. Qara klassik modelin universallığı ondadır ki, onları hər şeylə geyinmək olar: idman ayaqqabılarından tutmuş zərif sandallara, kapüşonlardan tutmuş korsetlərə qədər.

GEYIM 2

Klassik şalvarla istənilən görünüş yarada bilərsiniz, həm işgüzar, həm rahat, həm romantik, həm də seksual. Materiala gəlincə, kostyum yununa üstünlük verilməlidir. Belə bir material çox dözümlüdür. Yun öz formasını yaxşı saxlayır, gözəl teksturaya malikdir və çox qırışmır. Eyni zamanda əyninizə tam oturacaq yaxşı bir investisiyadır.

GEYIM 3

Əgər siz, işgüzar xanımsınızsa, onu kişi üslublu köynəklər, trikotaj və ya sviterlərlə geyinin. Əgər bəzənmək istəyirsinizsə, şalvar burada da işinizə yarayacaq. Bu zaman onları zərif və ya dekolteli bluzlar ilə birləşdirin. Rahat görünüş üçün onu kapüşonla tamamlamaq, üzərinə isə böyük ölçülü pencək geyinmək olar.

GEYIM 4




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir