Zumrud Haqverdiyeva

“SEANS VAXTI” – YENİ RUBRİKA

Baxış sayı: 712

“Gencaile.az” saytı bu gündən etibarən yeni rubrikaya start verir. Psixoloq Zümrüd Haqverdiyevanın təqdimatında “SEANS VAXTI” adı ilə oxucularımızın görüşünə gələcək sözügedən rubrikada daha çox saytımızın fəaliyyət istiqamətinə uyğun olaraq ailə ilə bağlı məqalələr yayımlanacaq. Beləliklə, rubrikamızın ilk yazısı evlilikdən öncə diqqət yetirilməli məqamlar haqqında olacaq.

Zumrud Haqverdiyeva

Evlilik, sadəcə xoşbəxt günlərdənmi ibarətdir? Təbii ki, sevgi, anlayış, diqqət bunlar evliliyin təməli. Bunlarla bərabər birdə ortaq öhdəliklər, digər ailə üzvləri, uşaqlı həyatdan ibarətdir, evlilik. Fərqli ailədə böyüyən 2 şəxsin bir yerdə yaşayacağı və uşaq böyüdəcəyi ortaqlıqdan ibarətdir. Buna görə də evlənmədən qabaq diqqət edilməli olan şeylər vardır. Bunlara nələr daxildir?

1) Münasibətdə uyğun olmaq önəmlidir. Bəzi fərqliliklər vardır ki, zamanla artıq qarşı tərəf bunu qəbul edə bilmədiyinin fərqinə varır. Birlikdə əylənmək, bərabər qərar vermək və tətbiq etmək evlilik üçün çox önəmlidir. Onun üçün evlilik qərarı aldığınız zaman yalnız duyğularınızla qərar verməyin.

2) Evlənəcəyiniz insan cəmiyyətdə necə biridir? İnsanlarla münasibəti necədir? Dostları ilə münasibəti necədir? Gərgin vaxtlarda necə reaksiya verir? Ümumiyyətlə hər kəsin bir maskası vardır. Ona görə də tam olaraq özümüz kimi görünmürük çox zaman. Lakin gərgin anlarda gerçək kimliyimizi ortalığa çıxır. Buna görə evlənəcəyiniz insanı fərqli mühitlərdə müşahidə edin və şəxsiyyəti ilə bağlı məlumatlar əldə edin.

3) Həyat sürprizlərlə doludur. Evlənəcəyiniz insanın yaşam tərzi dəyişə bilər. Lakin bəzi məqamlar vardır ki, öncədən bəlli olur. Məsələn, narkotik maddə istifadəçisi, alkoqol istifadəçisi. Bəzi məqamlar da xarakterlərlə bağlıdır ki, sizə zidd ola bilər. Görməzdən gəldiyiniz yönləri, evlilikdə artıq su üzünə çıxmış kimi, üzə çıxacaqdır.

4) Evlənəcəyiniz insanla həyat tərziniz nə qədər uyğundur ona diqqət edin. Ümumilikdə həyat tərzi bir-birinə uyğun cütlüklərin münasibətləri daha uzunmüddətli olur.

5) Uşaq mövzusunda gözləntilərinizi bir-birinizə açıq şəkildə ifadə edin.

6) Evlilikdə ən önəmli məqamlardan biri də ailələrdir. Yoldaşınızla münasibət nə qədər ailənizə təsir edirsə, ailələrinizində  sizin evliliyə təsirini unutmayın.

7) Gündəmdə olan məqamlardan biri də puldur. Hər zaman hər şey yolunda getməyə bilər. Maddi vəziyyətiniz çətin olan günləriniz də ola bilər. Bütün bunlarla qarşılaşmağa hazır olmalısınız.

8) Yoldaşınızın öz sosial çevrəsi ilə zaman keçirməsi sizin üçün problem yaradarmı? Əgər həddindən artıq  qısqanclıq halları olacaqsa, necə davranacağınızı yaxşı düşünməlisiniz.

9) Cinsi həyatda, ortaq gözləntiləriniz varmı? Nə qədər bu mövzuda bir-birinizə açıqsınız?.

Ümumiyyətlə, bu və bu kimi məqamları gözdən keçirmək, sağlam evliliyin təməlini qoyur. Qarşınızdakı insanı daha yaxşı siz tanıyırsınız. Əsas odur görməzdən gəlməyin və reallığa üstünlük verin.

 

Psixoloq Zümrüd Haqverdiyeva

Special Kids Bağça tipli Reabilitasiya Mərkəzi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir