sheker xesteleri uchun

Şəkər xəstələri üçün ağıllı linzalar

Baxış sayı: 812

ICTnews-un məlumatına görə, yeni məhsulu internet nəhənginin Google X elmi bölməsi icad edib. Linzalar kiçik simsiz çip və linzanın yumşaq materialının iki qatı arasında yerləşən balaca sensor köməyi ilə şəkərin səviyyəsini ölçür.

Google şirkətinin icadı, hər planetimizin 19-cu insanının düçar olduğu, şəkər xəstələrinin həyatını yüngülləşdirmək üçün yaradılıb. Hazırda şəkər xəstələri qanda şəkərin səviyyəsini mütəmadi olaraq yoxlamalıdırlar və bunun üçün onlar hər gün barmaqlarından qan götürməli olurlar.

Bu, qıcıqlandırıcı və ağrılı prosedurdur. Nəticədə, bir çox diabetli insan qanlarında şəkərin səviyyəsini yoxlamalı olduqlarından daha gec yoxlayırlar, – deyə Google X nümayəndələri bildiriblər.

Hazırda məhsulun prototipini testləşdirirlər və bu cür linzaları istifadə edəcək insanları məlumatlandırmaq üsulu axtarırlar. Linza yaradıcılarının sözlərinə əsasən, texnologiyanın kütləvi istifadəyə tətbiqi hələ gözlənilmir.

Bu texnologiyanın tətbiqi haqda danışmaq hələ çox tezdir, lakin biz artıq müxtəlif kliniki araşdırmalar aparmışıq və onlar bizim prototipimizi təkmilləşdirməyə kömək edir. Biz ümid edirik ki, nə vaxt isə bu texnologiya diabetli insanlara yaşamağa kömək edəcək, – şirkət öz bloqunda yazıb.

Google şirkəti ağıllı linzalar üçün əlavələr yaradacaq tərəfdaşlar axtarmaq niyyətindədir.

Biz həmişə demişik ki, tərəddüdlü və əcaib görünən layihələr axtarırıq və belə hesab edirik ki, Diabet Federasiyası dünyanın bu xəstəliklə mübarizədə məğlubiyyətə uğradığını bildirirsə, biz bunu dəyişməyə çalışmalıyıq, – layihənin həmyaradıcıları Brayan Otis və Babək Pərviz yazırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir