aile2

Sevdiyiniz insanın ailəsi ilə ilk görüşünüzdə nələrə diqqət etməlisiniz?

Baxış sayı: 171

Sevgilinizi çox sevir və onunla ortaq gələcək xəyal edirsiniz? Elə isə bu yazımıza nəzər salın.

Əlbəttə ki, xoşbəxt bir evlilikdə ailələrin rolu böyükdür. Sizi sevsinlər, ən azından hörmət etsinlər istəyirsinizsə, ilk tanışlıq günündən ehtibarən davranışlarınız böyük əhəmiyyət kəsb edir.

İlk tanışlıq

İlk olaraq sevgilinizin ailəsini çox yaxşı analiz etməklə başlamaqda fayda var. Əvvəlcədən ana, ata, bacı-qardaş haqqında məlumatlar əldə edin. Sevmədikləri davranış və sözləri öyrənməyə çalışın.

Qaynana namizədinizin sizi sevə bilməsi üçün onun yanında şişirtmədən oğluna dəyər verdiyinizi və sevdiyinizi göstərin.

Təbii olmaq özünü sevdirməyin ən asan yoludur. Gülüşünüz, qurduğunuz cümlələr sizdən çox uzaq olmamalıdır. Zərif davranışlar qarşımızdakına hər zaman xoş təsir bağışlayır.

İlk tanışlıq olduğu üçün mənfi bir imic yaratmamağa diqqət edin, çünki ilk təəssüratlar uzun zaman və ya heç vaxt unudulmur.

Ailələr üçün hörmət vacibdir. Özünüzə və öz ailənizə olan hörmətinizi də hər zaman göstərməlisiniz.

Gözlənilmədən sizi çətinə salan suallar ünvanlana bilər. Əsəbi və ya həyəcanlı cavab verməməyə çalışın. Sakit şəkildə düşünüb, cavab verin.

aile




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir