sevgi

Sevgili ilə əl-ələ yarım saat gəzməyin tibbi faydaları

Baxış sayı: 1. 228

Xoşbəxt cütlüklər xəstələndikdə daha sürətli şəkildə sağalırlar. Bunun səbəbi aşiq insanların immun sisteminin daha güclü olmasıdır. Hətta tədqiqatlar göstərib ki, insanın sevdiyi ilə əl-ələ tutub yeriməsi idmanla eyni nəticəni verir.

Sevgilinizlə əl-ələ yarım saatlıq gəzinti sizi idmanın stresindən və yorğunluqdan xilas edərək sağlam həyat tərzi yaşamağınızı təmin edə bilər. Evlilik eşqi öldürmür, Eşqlə beyin və ürək funksiyalarının əlaqəsi araşdırıldıqda ortaya çıxan nəticələr olduqca diqqətçəkicidir. 1000 nəfər üzərində aparılan araşdırma zamanı məlum olub ki, sevdiyi adamın fotoşəklini görənlərin beynində bəzi kimyəvi maddələrin, o cümlədən dopamin, adrenalin və endorfinin səviyyələrində ciddi artım müşahidə edilir. Dopamin insana enerji verib xoşbəxtlik bəxş edən kimyəvi maddədir.

Alimlər evliliyin və zamanın eşqin gücünü azaldıb-azaltmadığını müəyyənləşdirməyə çalışıblar. 20 ildir ki, evli olub hələ də bir-birilərini sevdiklərini söyləyən cütlüklərin beyin fəaliyyətləri araşdırılıb. Nəticədə onların beyinlərinin sevdikləri şəxslə bağlı suallara yeni aşiq olan şəxslərlə oxşar reaksiyalar verdikləri ortaya çıxıb.

Bu da evliliyin eşqi öldürmədiyini sübut edir. Üstəlik, bu araşdırma sayəsində eşqin dopamin hormonunun artımına və ürəyin güclənməsinə səbəb olduğu da sübut edilir. Evlilik kişilərin ömrünü 7 il, qadınların ömrünü isə 2 il uzadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir