sevgililer gunu

Sevgililər günü üçün 40 təklif

Baxış sayı: 1. 641

Adətən sevgilisi olan insanlar Sevgililər gününə bir neçə gün öncədən hazırlaşır. Həmin günü, harda və necə keçirmək, həmçinin sevgilisinə hansı hədiyyəni almaq haqda planlar fevralın 14-də artıq hazır olmuş olur. Amma bəzən bütün bu suallara son günə kimi aydınlıq gəlmir. Belə durum yarandıqda çıxış yolunu necə tapmalı sualı ərtafında düşünənlərə Sevgililər günü üçün 40 təklifin əks olunduğu yazını təqdim edirik.

 

1) Romantik şam yolu

Şamların romantik gücü müzakirə olunmazdır! Evinizin giriş qapısından başlayaraq yataq otağınıza qədər yerə kiçik, rəngli şamlar yerləşdirərək bir ‘şam yolu’ yaradın. Yoldaşınız yatağınızın kənarındakı son şama çatdığında onu orada gözləyir olun.

 

2)  Şəkil sürprizi

Birlikdə çəkilmiş ən sevdiyiniz fotoşəkilləri arxivdən çıxarın və bir kollaj edin. Ən gözəl anlarınızdan ibarət olan kiçik bir albom xoş bir sürpriz ola bilər.

 

3) Sevginizi çəkin

Əgər şəkil çəkə bilirsinizsə, eşqinizi kağıza əks etdirməyə nə deyərsiniz? Əlaqənizi xoşbəxt sonla bitirən bir rəsm həm qeyri-adi həm də əyləncəli ola bilər.

 

4) Şam işığında yemək

Bəlkə bir az klassik, amma hələ ən romantik alternativlərdən biri şam işığında bir axşam yeməyidir. İstər bir restoranda, istəsəniz ən sevdiyi yeməkdən ibarət olan bir menyu ilə evdə həzin bir musiqi və bir qədəh şərabla bu gecənin kefini çıxarmaq əlinizdədir.

 

5) Sevgi qutusu

İstədiyiniz boyda bir ayaqqabı qutusu əldə edin və üzərini şəkil, yazı, foto, çiçək, və s. ilə bəzəyin. İçini də ən sevdiyi şəkər və ya şokoladlarla doldurun. Bir də “sən bunlardan çox daha şirinsən ” yazılmış bir kart əlavə etməyi unutmayın.

 

6) Bir az macəra

Çılğın bir şəxsiyyətə sahibsinizsə, onun iş yerində çöldən  şüşələri silən liftə minin. İşlədiyi mərtəbəyə çatanda şüşəni döyüb “səni sevirəm” yazılmış qeydi göstərin.

 

7) Sevginizi anons edin

O gün birlikdə bir ticarət mərkəzinə gedin, sonra birdən ortadan yox olun və onu nə qədər çox sevdiyinizi mağazada mikrofonların vasitəsilə anons edin. Əlbəttə bütün bunları mağaza səlahiyyətliləriylə əvvəldən təşkil etməyi unutmayın.

 

8) Sevgi şarı

Ona aldığınız hədiyyənin ucuna üzərində “səni sevirəm” yazılan böyük bir şar bağlayıb yataq otağında yatağın üzərinə qoya bilərsiniz.

 

9) Xüsusi bir gecə

Uzun zamandır onunla tək qalamadığınızı düşünürsünüz? O zaman maddi vəziyyətinizə görə qəşəng bir oteldə bir otaq tutun və bu xüsusi günün təkbətək dadını çıxarın.

 

10) Şeir təqvimi

Böyük bir təqvim hazırlamağa nə deyərsiniz? Böyük bir Kartonun üzərinə bütün ayları və günləri sıralayın. Hər gün üçün bir sevgi sözü yazın və üzərini kiçik kağızlarla bağlayın. Sevdiyinizin hər gün sizi düşünəcəyindən əmin ola bilərsiniz.

 

11) Nostalji yaşadın

Onu köhnə zamanlara geri aparmaq və gülümsətmək istəyirsinizsə, kənarda küncdə unudulmuş xoşbəxt bir uşaqlıq şəklini böyütdürüb çərçivələdin.

 

12) Baş-başa olmanın dadını çıxarın

Bu xüsusi günün kefini evdə çıxarmaq istəyirsinizsə, yeməyin ardından ən sevdiyi oyunları hazırlayıb onu xoşbəxt edin. Bu əyləncənin ardından da öz əllərinizlə hazırladığınız şirin peçenyelər ilə birlikdə romantik bir film izləyin və telefonlara cavab verməyin.

 

13) Evdə gəzinti

Bahar aylarında yamyaşıl çöllərdə gəzinti etmək çox gözəl ola bilər. Amma bu mövsümdə də qeyri-mümkün deyil. Salonunuzda böyük bir sahə açın və yerə bir gəzinti süfrəsi qurun. Qoxulu şamlar və romantik bir musiqi mühiti daha da fərqliləşdirəcək.

 

14) Öz puzzlenizi düzəldin

Böyük bir kartondan ürək şəkli edin və üzərinə bir eşq sözü yazın.Sonra bu Kartonun istədiyiniz qədər kiçik parçalara bölüb qəşəng bir qutunun içində ona hədiyyə edin. Ardından bu hissələri birləşdirərək puzzle düzəltməsini istəyin.

 

15) Sevginizi yazın

Bir kaset və ya CD-yə onu nə qədər sevdiyinizi və sizin üçün nə qədər əhəmiyyətli olduğunu izah edən bir səsləyiş yazıb ona hədiyyə edin.

 

16) Ona xüsusi sevgi mahnısı

Musiqilə aranız yaxşıdırsa, ona sevginizi izah edən bir mahnı yazmağa nə deyərsiniz? Təbii mahnını da özünüz söyləmək şərtilə.

 

17) Ona rahatlıq hədiyyə edin

Sevdiyinizi son zamanlarda çox çalışdığını və yorulduğunu düşünürsünüzsə, bəlkə də ona kefli dəqiqələr hədiyyə edə bilərsiniz. Seçəcəyiniz bir fitness Centerin əvvəl hovuzunda üzəcəyini, ardından saunaya girəcəyini və son olaraq masajla rahatlayacağını öyrəndiyində xoşbəxt olacağına əmin ola bilərsiniz.

 

18) Radiodan eşq elanı

Davamlı dinlədiyi bir radio proqramı varsa, ona bu proqram vasitəsilə də eşqinizi elan edə bilər və mahnınızı göndərə bilərsiniz. Əlbəttə bunun təşkilatı əvvəldən planlaşdırılmalıdır.

 

19) Sadə və romantik

İstər işlədiyi iş yerinə, istəsəniz evə; ona “Səni sevirəm” yazısı ilə göndərəcəyiniz tək bir qırmızı gül ürəyini isidəcəkdir.

 

20) Billboard

Əgər maddi vəziyyətiniz imkan verirsə, evinizin yaxınlarında bir billboard kirayəyə götürün və ona ordan eşqinizi elan edin.

 

21) Ona xüsusi hava fişəng nümayişi

Yenə maddi vəziyyətiniz imkan verirsə, onun üçün bir hava fişəngi nümayişi təşkil edə bilərsiniz.

 

22) Qəzetə elan verin

Hər Sevgililər Günündə qəzetlərdə eşq elanları nəşr olunur. Siz də qəzetə bir elan verərək, ona olan sevginizi hər kəsə çatdıra bilərsiniz.

 

23) Sevgi tortu

Sevgililər Günü üçün xüsusi bir tort hazırlaya bilərsiniz. Qırmızı qida boyası istifadə edərək ürək şəklində bir tort bişirin və üzərinə krem şanti ilə “səni sevirəm” yazın.

 

24) Ona xüsusi şeir

Əgər həqiqətən romantizm küləkləri əsdirmək istəyirsinizsə, sevdiyiniz üçün bir şeir yaza bilərsiniz. Qırmızı bir kağıza yazacağınız sətirlərdən ibarət olan şeiri kiçik bir ürək qutuda hədiyyə edə bilərsiniz.

 

25) Onun üçün bir ətir yaradın

Parfümeriyada əldə edəcəyiniz ətir qoxularıyla ona xüsusi fərqli bir ətir yarada bilərsiniz.

 

26) Sevginizi toxuyun

Ən sevdiyi rənglərdən ibarət olan bir şal toxuyub, soyuq qış aylarında içinin istiləşməsini təmin edə bilərsiniz.

 

27) Mahnılarınızı yazın

Sizin üçün xüsusi olan bütün mahnıları bir kasetə və ya CDə yazın. Qapağını da birlikdə çəkilmiş bir şəklinizlə bəzəyin.

 

28) Avtomobilini bəzəyin

Avtomobilinə çiçəklər, şokoladlar və eşq sözlərinin olduğu kiçik qeydlər yerləşdirin. Sonra da bir bəhanə uydurub onu avtomobilə göndərin.

 

29) Bir gəmi kirayəyə götürün

Əgər sevgiliniz dənizi sevirsə, onun üçün kiçik bir gəmi kirayəyə götürə bilərsiniz. Ay işığında edəcəyiniz romantik bir səfər xoş bir sürpriz ola bilər.

 

30) Ofisdə sürpriz

İş yerindəki siyirtməsində, otağının divarlarına, kürsüsünə və ya şkafının üzərinə sevgi mesajları və kiçik sürpriz hədiyyələr yerləşdirin.

 

31) Kiçik bir tətil

Evə nəhəng bir dünya xəritəsi alın və ən sevdiyi ölkələri ürək şəklində işarələyin. Bir ürəyin içinə də “siyirtməyə bax” ya da oxşar bir qeyd yazın. Siyirtməyə də o ölkəyə getmək üçün iki dənə təyyarə bileti qoyun.

 

32) Yataqda nahar

Bəlkə başqa günlərdə də bunu edirsiniz, amma çiçəklər, eşq sözlərinin olduğu kiçik kartlar və kiçik bir hədiyyə ilə birlikdə bu xüsusi gündə ediləcək nahar da xüsusi olacaq.

 

33) Balaca bir dost

Əgər uzun zamandır pişik, it, quş və ya balıq sahibi olmaq istəyirsə, niyə Sevgililər Günündə olmasın?

 

34) Səhnədə eşq

Yalnız ikiniz üçün bir teatr salonu kirayəyə götürün və səhnəyə qəşəng bir süfrə qurun. Pərdə açıldıqda və qarson sizi səhnəyə dəvət etdiyində bütün salonu romantizm örtəcək.

 

35) Yollarına gül tökün

Əgər bir restoranda yer sifariş etmisinizsə, qapının girişindən masanıza qədər olan yola əvvəldən gül tökdürün və gül yarpaqları arasında ona masaya qədər yoldaşlıq edin.

 

36) Posterini asın

İkinizə aid ən sevdiyiniz şəkli poster olacaq qədər böyütdürün və bu posteri gedəcəyiniz məkana asın.

 

37) Sevginizi üzərinizdə daşıyın

Hər ikinizin şəkilini bir köynək üzərinə çap etdirib, arxasına şeir, sevgi sözləri və ya tanış olma hekayənizi yazdıra bilərsiniz.

 

38) Sizə xüsusi bijüteriya

İstər adınızın baş harflərindən ibarət olan bir boyunbağı klonu, istəsəniz adlarınızı yazılı olduğu bir üzük və ya hər hansı başqa bir bijüteriya. Əhəmiyyətli olan yalnız sizə xüsusi olmasıdır.

 

39) Sevginizi səmaya yazın

İmkanınız varsa kiçik bir təyyarə kirayəyə götürün və quyruğuna eşqinizi etiraf edən bir yazı asın.

 

40) Hekayənizi yazın

Necə tanış olduğunuzu və onu nə qədər çox sevdiyinizi sətirlərə köçürüb bunu kiçik bir kitabça olaraq çap etdirə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir