makiyaj

Sevgililər günündə necə makiyaj etməli?

Baxış sayı: 1. 326

Makiyajla daha qüsursuz dəriyə qovuşmaq istəyir və daha çəkici stil sahibi ola bilmək üçün kiçik gözəllik hiylələrinə əməl etmək lazımdır. Makiyajı təzələmədən də saatlarala gözəl görünmək mümkündür. 14 fevral Sevgililər günü isə əlbəttə, makiyaj sarıdan daha mühümdir…

Daha çəkici görünmək üçün tünd qırmızı dodaq boyası çəkib qalan makiyajı təbii saxlaya bilərsiniz. Sadə makiyajı tamamlayan qırmızı dodaq boyası ilə belə özəl gündə daha çəkici görünərsiniz.

Qara geyimlər makiyajla çox asan kombinasiya edilir, makiyajda istənilən rəng istifadə edə bilərsiniz. Lakin hazırda hər şeyin təbiisinə üstünlük verildiyi üçün göz makiyajında qəhvəyi və bürünc tonları nəzərə alın.

İddialı geyimdəsinizsə, makiyaj mütləq təbii və natural olmalıdır. Sadəcə dəri qüsurlarını örtmək bəs edir. Paltar sadə olanda isə makiyajı çox etmək şansı qazanırsınız.

Romantik görünmək istəyən xanımlar krem tonlara üstünlük verməli, dodaq və yanaqlarda isə çəhrayı tonlara müraciət edə bilərlər. Qəhvəyi göz kölgəsi, ya da qara eyeliner ən asan makiyajdır.

Əlbəttə ki, getdiyiniz məkan da çox önəmlidir. Kluba gedirsinizsə, şit makiyajdan uzaq durmalısınız. Getdiyiniz məkanın necə yer olduğunu bilmirsinizsə, təbii makiyajı qəhvəyi ənlik və təbii göz makiyajı ilə tamamlayın. Bu makiyaj sizi hər yerdə xilas edəcək.

Kosmetikanı mümkün olduğu qədər az istifadə etmək lazımdır.

Dodaq makiyajının qalıcığını artırmaq üçün dodaqları eyni rəng dodaq qələmi ilə doldurub üzərinə dodaq boyası çəkilməlidir. Ən sonda isə şəffaf kirşanla makiyajın qalıcılığını artıra bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir