sevgi

Sevgilinizin yalanlarını anlama üsulları

Baxış sayı: 1. 267

Qarşınızdakı insan ziddiyyətli sözlər işlədirsə və narahatdırsa, yalan danışma ehtimalı yüksəkdir. J. J. Newberry yalan aşkarlama sənəti mövzusunda ixtisaslaşmış təhsilli bir agent idi. Silahlı qarşıdurmaya şahidlik etmiş qadın onun qarşısında oturub “Mən heç kəsi görmədim, silah səsləri eşidəndə sadəcə gözlərimi bağlayıb qaçdım” dediyi zaman yalan dediyini anlaya biləcək insan o idi. Yalanları anlama üsulları isə sadəcə onun kimi agentlərin edə biləcəyi bir şey deyil. Bu gün hamımız yalanları müəyyən etməkdə ustalaşa bilərik. Necə? Daha dəqiq bilmək üçün yazımızı oxumağa davam edin.

 

1. Bir-birini tutmayan sözlər

Sorğuladığı qadın silah səslərini eşitdikdə qaçdığını və o dəqiqə gizləndiyini dedikdə o, burada ziddiyyəti o dəqiqə hiss etmişdi. “Silah səsi eşidib, amma dönüb baxmayıb.” Bu, bir insanın elə bir vəziyyətə verəcəyi reaksiya ilə uyuşmur. Doğru dediyinə inandığınız biri ilə danışarkən sizin də baxmalı olduğunuz nöqtə elə budur. Onun danışdıqları arasında bir-birini tutmayan ifadələr varmı?

 

2. Gözləmədiyi bir sual soruşun

İnsanların sadəcə yüzdə dördünün bacarıqlı yalançı olduğunu deyən Newberry “Pinokyo kimi burunları uzanmadığı üçün yalanlarını siz özünüz tutmalısınız” deyir. Yəni yalanı tutmaq üçün insanlara diqqətli yaxınlaşın və heç gözləmədikləri bir anda onlara cavabını öncədən hazırladığınız gözlənilməz bir sual verib onları tələyə salın.

 

3. Onun normal halını göz önünə gətirin

Qarşınızdakı insanın dürüst olmadığının ən vacib göstəricilərindən biri davranışlarındakı dəyişikliklərdir. Adətən gərgin olub indi sakit olan və ya əksinə adətən sakit olub indi gərgin olan birinə diqqət etməlisiniz.

 

4. Səmimi olmayan hisslərə diqqət edin

Bir çox insanın gülümsəməyi təqlid edə bilməyəcəyini deyən psixoloqlar bildirir ki, təqlid edilmiş gülümsəmədə ya zaman yanlışdır, ya da gülümsəmə lazım olandan uzun çəkir. Hətta bəzən gülümsəmə əsəbiliyi gizlətmək üçün də təqlid edilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir