sevgi

Sevginin tükənməsinin əlamətləri

Baxış sayı: 209

Xəyanət, təhdid, fiziki zorakılıq, şiddət – münasibətə son qoymaq üçün ən ciddi səbəblərdir. Bəs, bütün bunlar olmadığı halda, münasibət sizi gərirsə? Sevginiz bitmiş ola bilər.

 

Əgər yoldaşınız gözünüzə əvvəlkindən daha pis görünürsə

Keçən il siz onun səsindən dəli-divanə idiniz, yatarkən əllərini yanaqlarının altına qoyması sizə çox şirin gəlirdi, indi isə onun vərdişləri sizə qəribə gəlir, səsi isə sizi qıcıqlandırır?  Insan həmin insandır. Dəyişən təkcə sizin münasibətinizdir. Və bu münasibət, sevginin dibə vurduğuna işarədir.

 

Birlikdə zaman keçirərkən sıxılırsınızsa

Daha əvvəllər siz həftələrlə birlikdə yaşayır, ancaq biri birinə doymurdunuz, söbhətləriniz bitmirdi indi isə ayrı künclərdə oturur və telefonunuzla başınızı qatırsınız? Təəssüf edirik.

 

Bir-birinizə güvənmirsinizsə

Keçmişdə siz ona hər şey haqqında danışırdınız. İndi isə sevincinizi və kərədinizi bölüşməyə tələsmirsiniz və rəfiqənizlə paylaşmağa üstünlük verirsiniz? Bu heç də xeyirə əlamət deyil.

 

Gələcəklə bağlı ortaq planlar qurmaqdan qaçırsınızsa

Möhkəm münasibət “burada və indi” qaydasını tanımır, sərhədləri aşır. Əgər sizin hədəfləriniz artıq kəsişmirsə, yollarınız çoxdan ayrılmışdır demək.

Yoldaşınız prioritet siyahınızın sonlarında yer alırsa

Yoldaşınızla görüşdən daha maraqlı məşğuliyyətlər kəşf etdiniz və artıq onunla görüşmək sizə vaxt itkisi kimi gəlir? Münasibətinizə son qoymağın zamanıdır.

 

Münaqişələri şəxsən yaradırsınızsa

Özünüz belə anlamadan yoldaşınıza səsinizi qaldırır və onu lağa qoyursunuz, mübahisədən sonra isə peşman olur və üzr istəyirsiniz. Lakin bu dəfələrlə təkrarlanır? Münasibətiniz bitmişdir və siz yoldaşınızı yad bir insan sayırsınız. Sadəcə bunu hələ də özünüzə etiraf edə bilmirsiniz.

 

Problemləri həll etmək istəmirsinizsə

Siz münasibətinizin əvvəlkinə nisbətən pisləşdiyini qəbul edirsinizsə və bunu düzəltmək üçün səy göstərmirsiniz ancaq münasibəti uzatmağa davam edirsiniz? Hər ikinizin həyat eşqini söndürmədən yollarınızı ayırın.

 

Bəs sizin üçün münasibətin sonuna işarə nədir?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir