Joseph Guiso marries his labrador Honey. Photo Dave Noonan / The Chronicle

Sevimli heyvanları və əşyaları ilə evlənənlər – FOTOSESSİYA

Baxış sayı: 1. 391

Dünyanın fərqli yerlərində yaşayan bəzi insanlar sevdiyi əşyalar, ya da heyvanlarla evlənirlər. Evlənmək üçün insanları seçməyən bu şəxslər hər kəsi heyrətə salmağı bacarır.

“Gencaile.az” həmin qeyri-adi evliliklərdən bəzilərini təqdim edir.

 

Şaon Tsindi İsrail parkında gördüyü Sindy adlı delfinə aşiq olur. Delfini görmək üçün 14 il boyunca parka gələn Şaon sonra delfinə evlənmə təklif edir. Nikahları hovuzda baş tutur.

2008-ci ildə Lee Jin Gyu yastığı ilə evlənir.

15 ildir birlikdə yaşadığı pişiyinin asma olduğunu və ömrünə az qaldığını öyrənən Uve Mitzscherlik pişiyi ilə münasibətlərini rəsmiləşdirmək qərarına gəlir.

Berlin sərhəddinə uşaqlıqdan sevgi hiss edən Eija Ritta 1970-ci ildə onunla evlənir. 1989-ci ildə divar dağıdıldığında hər kəs sevinərkən o, ölən ərinin yasını tuturdu.

Kamazlara qarşı seksual istək hiss edən Kaliforniyalı Maria Qriffin kamaz və maşını ilə eyni gündə evlənib.

Avstraliyalı Cosep Quisoo labrador cinsindən olan iti ilə evlənib.

İnsanların əşyalara qarşı hisslər duyması ‟objectophilla‟ adlanır. Erika Labriedə 3 il cəhd etdikdən sonra nəhayət Eyfel qülləsinə ərə gedib və Erika Eyfel olub.

2006- cı ildə sudanlı Çarles Tombe keçiyə təcavüz edərkən yaxalanır. Keçinin pulunu ödəməsi və onunla evlənməsi qarşılığında onu şikayət etməyiblər. Yoxsa çox ağır cəza ala bilərdi.

Çadil Deffi ölü sevgilisiylə evlənib. O, 10 ildir birlikdə olduğu sevgilisinin evlilik təklifini gərgin iş rejimi ucbatından rədd edir. Ancaq bir müddətdən sonra sevgilisi ölür. Sevgilisi öldükdən sonra ailəsinin razılığı ilə nikah və yas mərasimini eyni anda təşkil edən Çadil sevgilisinin barmağına üzük də taxır.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir