da-de

Sindrom, yoxsa xəstəlik?

Baxış sayı: 309

“-da, -də” şəkilçilərindən düzgün istifadə edilməməsi sizi narahat edir? Adətən bu narahatlığı yaşayan insanlar həmin cümlələri oxuduqda əsəbləşir və təcili olaraq bu səhvi bildirməli, düzəltməli olduqlarını hiss edirlər.

Psixoloqlar bildirirlər ki, bu kimi yazı və danışıqda yol verilən bütün səhvləri düzəltməkdən özünü ala bilmirsinizsə, dostlarınız, ətrafınız sizin bezdirici olduğunuzu düşünürsə, niyyətiniz onlara üstünlük göstərmək deyil, sadəcə qrammatik səhvlərə qarşı dözümsüzlüyünüz varsa, Obsessiv Kompulsiv Pozuntuya sahib olma ehtimalınız mümkündür.

Araşdırmalar yazıda və ya nitqdə qrammatik səhvlər buraxılmasını qeyri ixtiyarı şəkildə düzəltmə ehtiyacının obsessiv kompulsiv pozuntu növü ola biləcəyini bildirir. Belə ki, L. Malevich və H. Lo tərəfindən aparılan fMRI (Functional magnetic resonance imaging) görüntülərində obsessiv kompulsiv pozuntu görüntülərinə bənzər nəticələr əldə edilmişdir.

Psixoloqlar bildirirlər ki, obsessiv kompulsiv pozuntudan əziyyət çəkən insanlar, onları narahat edən və ya təşviş adı altında özünü göstərən düşüncələrə sahibdirlər. Nəticədə, yaşadıqları digər güclü duyğularla yanaşı, narahatlığı aradan qaldırmağa kömək etdiyini düşündükləri bəzi ritualları inkişaf etdirirlər.

Qrammatik xırdaçılıq sindromundan əziyyət çəkən insanlar da bənzər hislər yaşayır. Belə ki, onların gördükləri hər qrammatika və ya yazılış səhvlərini düzəltmək üçün güclü bir impulsları var.

Mütəxəssislər qeyd ediblər ki, bu səhvləri gördükdən sonra narahat, əsəbi və hətta huzursuz hiss edə bilirlər. Qrammatik xırdaçılıq sindromu hələ də həkimlər tərəfindən təsdiqlənmiş bir diaqnoz olmasa da, təsdiqlənmiş bir diaqnoz olan obsessiv kompulsiv pozuntunun əlaməti sayıla bilər.

Əlbəttə, bu sindroma sahib olub olmamağınız isə səhvləri düzəldərkən hiss etdiklərinizlə müəyyənləşdirilə bilər.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir