sous

Sıxca sousu necə hazırlanır?

Baxış sayı: 808

“Gencaile.az” saytı “bu gün nə bişirim” deyə düşüünənlər üçün Qarabağın məşhur sıxca sousunun hazırlanma qaydasını təqdim edir.

Bu yeməyin bişirilməsi üçün öncədən ət və kartof qaynadılır, daha sonra ocaq üstündə qızardılmış soğan, rəndələnmiş pomidor, qırmızı bibər, pomidor pastası ilə birgə bişirilir. Daha sonra üzərinə ətin bişirildiyi bulyon əlavə edilir.

Maraqlısı odur ki, kartof sousa əlavə edilərkən onu bütün qazan boyu deyil, yalnız bir qıraqda yerləşdirirlər. Belə olan halda kartof öz canına ətin dadını çəkir. Daha sonra boşqaba bir tikə kartof, üç tikə ət qoyaraq süfrəyə verilir.

Bu yeməyi süfrəyə verərkən yanına qara undan sac üzərində bişirilmiş yuxa da qoyulur. Bir neçə saat qaynadılan, daha sonra isə tərəvəzlə bişən ət isə sonunda pambıq kimi yumşaq alınır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir