HAMILE

Sizi doğuşdan sonrakı depressiyadan qurtaracaq 8 variant

Baxış sayı: 524

Müşahidələrə əsasən, depressiya qadınlarda kişilərdən 2 dəfə çox olur. Doğuşdan sonra depressiya qadınların hisslərində və davranışlarındakı dəyişiklikləri ortaya çıxarır və 4 həftə ərzində özünü göstərir. Hamiləlik müddətindəki depressiya dünyadakı 10 qadından 5-də müşahidə edilirsə, doğuşdan sonrakı müşahidə edilən depressiya hər 10 qadından 1-də özünü göstərir.

 

Doğuşdan sonrakı depressiyanı yaradan səbəblər:

 

1.Hamiləlikdən öncəki stress

2.Özünə olan hörmət itkisi

3.Ailədən, həyat yoldaşından və ətrafdan lazımı qədər dəstək ala bilməmək

4.Xoşbəxt olmayan ailə həyatı

5.Digər uşaqların olması

6.Gənc yaşda hamilə olmaq (yeniyetməlik dövrü)

7.Keçmişdə abort yaşamaq

8.İstənilməyən və ya planlaşdırılmamış hamiləlik.

 

Ana olmaq yalnız xoşbəxt yaşanan bir dövr deyil, eyni zamanda ruhi dəyişikliklərin, depressiyaların yaşandığı dövrdür. Bu dövrdəki depressiya, zarafat anlayışını itirmə, narahatlıq, tez oyanma, kilo problemləri, özünü dəyərsiz hiss etmə və s. kimi hadisələrə qarşı inkişaf etmiş ölkələrdə ana olacaq şəxslər psixoloq köməyinə ehtiyac hiss edirlər. Inkişaf etməkdə olan ölkələrdə isə bu hadisənin yetəri qədər olmaması həm ananın, həm də körpənin sağlamlığı üçün təhlükədir.

Doğuşdan sonrakı depressiyadan çıxmağın yolları:

1.Yaxınlarınızdan və ailənizdən özünüzə yaxın hiss etdiyiniz insanlardan dəstək alın

2.Gündəlik idman edin, hərəkətsizlikdən uzaq durun

3.Spirtli içkilərdən uzaq durun

4.Uyğun pəhriz proqramı üçün məsləhət alın

5.Doğuş sonrası evə gələn qonaq sayına nəzarət edin

6.Telefon danışığınızı sərhədləyin

7.Uşağınıza daha çox vaxt ayırın və o yatanda çalışın siz də yatın

8.Lazımlı halda mütəxəssiz məsləhəti almaqdan çəkinməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir